Ermənistanda baş verən son mitinq, Blinkenin zəngi və Brüssel görüşü…

Cənubi Qafqazda son 200 ildə baş verən bütün münaqişələrdə Ermənistan bu və ya digər şəkildə məsuliyyət daşıyır. Bunu dünyada bilməyən siyasətçi qalıbsa, o zaman onun siyasətin “S” hərfindən belə xəbəri yoxdur. Erməni fitnə fəsadları Blinkenə də yaxşı məlumdur. Maraqlıdır ki, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşündən əvvəl Blinkenin N.Paşinyana zəngindən həmən sonra İrəvanda müxalifətin mitinqi başladı. Paşinyan hakimiyyəti tərəfindən təşkil edilən ssenari əsasinda keçirilən mitinqdə səslənən şüarlardan məlum olur ki, bu tragekomediyanın müəllifi elə Paşinyanın özüdür. Qarabağ oyunun “əsas vaxtının və uzatma dəqiqələri”nin artıq bitdiyini yaxşı anlayan N.Paşinyan Brüsseldə ictimai rəyə əsaslanaraq danışıqlar zamanı özünü mümkün ssenarilərdən sığortalamağa çalışır. Nikol sənəd imzalamamaq və əlavə vaxt qazanmaq üçün bu mitinqdən istifadə edəcəyini düşünür. Bu son 30 ildə ərzində Ermənistanda mövcud olan bütün iqtidarlar tərəfindən geniş tətbiq edilən məlum bir metoddur və proseslə maraqlanan audiotoriyaya, o cümlədən Blinkenə və Aİ-yə yaxşı məlumdur. 

 

Azərbaycan 30 il ərzində işğal altında əraziləri azad edikdən sonra da Ermənistan hakimiyyəti daim danışıqlar prosesini durdurmaq və zaman udmaq üçün müxtəlif metodlardan geniş istifadə edir. Amma bu metodların tətbiq limiti artıq bitib. Lakin Paşinyan da, onun Qərbdəki havadarları da çox yaxşı bilirlər ki, artıq Qarabağ problemi həll olunub, geriyə yol da yoxdur. Ənikolun əlavə şərtlər irəli sürmək cəhdlərinin nəinki heç bir səmərəsi olmayacaq, əksinə bu Ermənistana əlavə problemlər yaradacaq. Bunu həm Qaragöl, həm də Fərrux hadisələri zamanı müşahidə etmişik. 

 

ABŞ Dövlət Departamentinin katibi Entoni Blinkenin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında Kremlin Ukraynada törətdiyi dəhşətli hərbi cinayətləri pisləməsini, Rusiya Federasiyası və onun tərəfdaşlarının Ukraynaya qarşı əsassız və ədalətsiz müharibəyə görə məsuliyyət daşımasını təsadüfən vurğulamayıb. Bu ABŞ-ın Ermənistana xəbərdarlığı kimi qəbul edilə bilər. Başqa sözlə desək, ABŞ yumşaq dillə Ermənistandan həm Ukraynanın suverenliyini və ərazi bütövlüyünün dəstəkləməsini, həm də seperatizmi pisləməsini istəyib. Rusiyanın strateji müttəfiqi olan Ermənistan üçün bunu səsləndirmək asan olmayacaq. 

 

Özünə gün ağlaya bilməyən Ermənistanın Ukraynada cinayətlər törədən Rusiyaya hərbi yardım göstərməsi, o cümlədən 4 ədəd “Su-30SM” qırıcısını və Suriyadan gələn terrorçuları döyüşlərə göndərməsi də həm ABŞ-ın, həm NATO-nun, həm də Aİ-nin gündəmindədir.Ermənistan daha  əvvəl ümumi sözlərlə bu məsələdən yayına bilirdisə, Rusiyaya hərbi dəstək verdikdən sonra bu məsələdən yayınmaq artıq mümkün deyil. 

 

Amerika Birləşmiş Ştatların dövlət katibi N.Paşinyana dediyi “İindi regionda vəziyyəti daha da gərginləşdirməyin vaxtı deyil” cümləsini Azərbaycan Prezidenti i.Əliyev ilə söhbətində işlətməyib. Bu isə ABŞ-ın rəsmi olaraq vəziyyətin gərginləşməsinə görə Azərbaycanı deyil, məhz Ermənistanı cavabdeh hesab etməsi deməkdir. 

 

Buçada baş verənləri isə bütün dünya gördü. Xocalı soyqırımının müasir versiyası olan Buça fəlakətinə, Fərrux kəndində tapılan vətəndaşlarımızın qalıqlarına və bu günə qədər taleyinə aydınlıq gətirilməyən 3890 nəfər Azərbaycan vətəndaşına görə N.Paşinyan Brüsseldə hesabat verməli olacaq. Bundan başqa bu görüşdə İ.Əliyevin birgə Bəyanatın yerinə yetirilməyən şərtlərinə aid arqumentlərinə də N.Paşinyan aydınlıq gətirməlidir.

 

Odur ki, N.Paşinyan üçün növbəti Brüssel görüşü elə də asan keçməyəcək. Onun manevr imkanları da çox məhdudlaşıb. Blinkendən sonra Şarl Mişel və İ.Əliyev də Ermənistanı yuxarıda sadalanan və sadalanmayan bir çox məsələlərdə sıxışdıracaq. Hazırda N.Paşinyan başının üstündə Azərbaycanı, sağında ABŞ-ı, solunda isə Aİ-ni görür, özünə isə yer tapmaqda hələ də çətinlik çəkir. 

 

Müharibə 17 aydır ki, başa çatıb. Ortada imzalanan 3 bəyanat var və Ermənistan imza atdığı sənədlərin məsuliyyətindən yayınmalı deyil. Ermənistan sülh müqaviləsinin imzalanması, sərhədlırin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli üzərində fəaliyyətə nə  qədər tez başlasa, bu məğlub Ermənistan üçün bir o qədər yaxşı olar. Əks halda birgə Bəyanatın şərtlərini Azərbaycan birtərəfli qaydada Ermənistana qəbul etdirməli olacaq. Ermənistan tərəfi keçən ilki qarın əriməsindən sonra baş verən proseslərin ağır  nəticələrini, keçən il noyabrın 16-sını, bundan 28 gün sonra baş tutan Brüssel görüşü zamanı Azərbaycan Prezidenti İ.Əliyevdən aldığı zərbələri, Fərrux yerdəyişməsini və s. heç unutmalı deyil. Paşinyan bu gün baş tutacaq  görüşə “uzatma prosesinin tərkib hissəsi” kimi xüsusi ümid bəsləməli deyil, əgər yenə də sənəd imzalanmasından yayınmağa  və ya müqavimət göstərməyə cəhd edərsə, o zaman Ermənistan tərəfi daha sarsıdıcı zərbələri göz önünə almalıdır.

 

Ədalət Verdiyev, hərbi ekspert

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button