Rusiya MN xəritədə Qarabağdakı postlarını həmişəki sayda göstərdi…- Bəs reallıqda?..

“Sülhməramlı” hərbi kontingentin komandanlığı, doğrudanmı, müxtəlif məntəqələrdə qurulmuş 6 əlavə müşahidə postunu dərhal ləğv edib?..

 

Dünən – aprelin 6-da səhər saatlarında verdiyimiz xəbərdən bəlli olurdu ki, Rusiyanın “sülhməramlı” hərbi kontingentinin komandanlığı müvəqqəti(!) məsuliyyət zonası olan Azərbaycan torpaqlarında müşahidə postlarının sayını artırıb(bax://moderator.az/az/ekskluziv/506048/rusiya-lacin-ferrux-adere-ve-qirmizikend-etrafinda-postlarin-sayini-artirdi-xeriteler/?).

 

.  Belə ki, 10 noyabr 2020-ci ildən bəri ilk dəfə olaraq “sülhməramlı”ların aprelin 4-ü və 5-i tarixli xəritələrində qeyd edilən müşahidə post və məntəqələrinin sayının çoxaldığı və cəmi iki gündə 27-dən 33-ə qaldırıldığı aydın görünürdü… Bunun hesabına Laçın dəhlizi, Fərrux dağı, Ağdərə  və Qırmızı Bazar qəsəbəsi ətrafında yeni postların qurulduğu qeyd edilmişdi…

Moderator.az xəbər verir ki, Rusiyanın Qarabağdakı hərbi kontingentinin dünən gecə saatlarında  Rusiya Müdafiə Nazirliyinin  rəsmi saytında təqdim edilmiş 6 aprel 2022-ci il tarixinə dair xəritədə müşahidə postlarının sayı əvvəlki kimi 27 olaraq göstərilib. 

Sadəcə, bir neçə postun yerinin dəyişdirildiyi görünür. Məsələn, Xocavənd rayonunun Qarakənd kəndi yaxınlıındakı 14-cü post bu dəfə “Sarentaq”(yəqin ki, Sarenxard yüksəkliyi(968 m)) adlanan məntəqədə yerləşdirilib. Bundan əlavə, Tərtər rayonu ərazisində – Ağdam rayonunun Şotlanlı kəndinə yaxın məntəqədəki 20-ci post “Vostoçnıy”- “Şərq” adlandırılıb.

Müşahidə postlarının sayının 33-dən 27-yə qaytarılması xəritə üzərində belədir. Bəs reallıqda Rusiya “sülhməramlı” hərbi kontingentinin komandanlığı, doğrudanmı, müxtəlif məntəqələrdə qurulmuş 6 əlavə müşahidə postunu dərhal ləğv edib?..

 

Bu suala dəqiq cavab tapmaq və ictimaiyyəti məlumatlandırmaq isə Azərbaycan Müdafiə Nazirliyi və ya dövlət təhlükəsizlik qurumlarının borcudur…

 

Sultan Laçın

 

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button