“Rusiyadan enerjidaşıyıcılarına dərhal embarqo qoyularaq ölkə BMT tribunalına verilməlidir”

Avropa Parlamenti Ukraynada baş verən vəhşiliklərdən hiddətə gəlib

 

Avropa Parlamentinin deputatları əksəriyyət səs çoxluğu ilə Rusiyadan neft, kömür, nüvə yanacağı və qazın idxalına embarqo qoyulmasına, habelə Ukraynada hərbi cinayətlərdə günahı olanların məsuliyyətə cəlb edilməsinə çağırış edən qətnamə qəbul edib.

 

Moderator.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin pres- relizində məlumat verilib.

 

“Ukraynada rusiyalı hərbçilər tərəfindən törədilən şokedici vəhşiliklərin, o cümlədən Buçada dinc əhalinin qətlə yetirilməsi, Mariulolun, Volnovaxanın, digər şəhər və kəndlərin məhv edilməsinin” araşdırılması üçün BMT- nin xüsusi tribunalının yaradılmasını tələb edən bu sənədin lehinə 513, əleyhinə 22 deputat səs verib, 19 deputat bitərəf qalıb.

 

Qətnamədə deputatlar Rusiyanı “böyük iyirmilik”dən və digər beynəlxalq təşkilatlardan- İnterpoldan, Ümumdünya Ticarət Təşkilatından, YUNESKO- dan xaric edilməsinə çağırış edib.

 

“Bu, beynəlxalq birliyin təcavüzkar dövlətlə əməkdaşlığa qayıtmayacağı barədə mühüm siqnal olardı”, – pres- relizdə belə deyilir.

 

Sənəddə həmçinin göstərilib ki, Ukraynaya silah tədarükü davam etməli və artırılmalıdır ki, ölkə səmərəli şəkildə özünü müdafiə edə bilsin.  

 

Avropa Parlamentinin deputatları müharibədən xilas olmaq istəyən dinc sakinlərin təxliyəsi üçün təhlükəsiz humanitar dəhlizlərin yaradılmasıma çağırış edib. Həmçinin xəbərdarlıq ediblər ki, Rusiya tərəfindən kütləvi qırğın silahının tətbiqi ən ağır nəticələrə gətirib çıxaracaq.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button