“Deyir ki, narahat olmayın, ölməmişəm, sağam…”

“Aprelin 2-də Ravilin xatirəsiylə bağlı geniş tədbir keçirildi. Tədbirdə Ravilin hərbçi yoldaşları, media nümayəndələri, şəhid ailələri iştirak etdilər. Tədbirdə onun döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan danışıldı”

Bunu Moderator.az-a açıqlamasında 2016-cı il Şanlı aprel döyüşlərində şəhid olan gizir Ravil Novruzovun atası Elman Novruzov deyib. Şəhid atası oğlunu yuxularda həmişə sağ gördüyünü bildirib:

“Ravilin adını nəvəmə qoymuşam, bir yaş yarımdı uşaq. Dostu da oğlunun adını Ravil qoydu. Əlbəttə, Ravilin itkisi təkcə mənim üçün yox, Azərbaycan xalqı üçün böyük itkidir. Çünki o sağ qalsaydı, hələ çox şeylər edə bilərdi. O, öz işində çox məsuliyyətli bir adam idi. Hərb sahəsində yüksək təhsil almışdı, peşəkar idi. Tez-tez mənim və yaxınlarımın yuxusuna girir. Onu sağ görürəm və həmişə də deyir ki, narahat olmayın, mən ölməmişəm, sağam. Evdə bir otağı onun muzeyinə çevirmişik”-deyə şəhid atası deyib.    

 

Qeyd edək ki, Ravil Elman oğlu Novruzov 1986-cı il sentyabrın 5-də Xızı rayonunun Giləzi kəndində anadan olub. 2016-cı il Şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olan hərbçimiz doğulduğu kənddə böyük izdihamla dəfn edilib. Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib.

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button