“Hətta kinostudiyada mükafatlar yazılanda demişdilər ki, o, neynəyib ki, mükafat verək…”

“Ceyhun “Fəryad” filmini özü çəkib və Azərbaycan zabitinin çox gözəl sürətini yaratdı. Bu iki şey ona yaradıcılığında böyük bir nişanə oldu. Akyor kimi onun uğurları çoxdur. O, “Fəryad”dakı roluyla bir daha göstərdi ki, professional bir aktyordur”

 

Bunu Moderator.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, kinoşunas Aydın Kazımzadə aktyor Ceyhun Mirzəyev haqda danışarkən deyib. A.Kazımzadə həm də Ceyhunun xidmətlərinin qiymətləndirilmədiyini bildirib:

 

 

“O, Azərbaycan kinosu üçün böyük bir tapıntı idi. Amma çox təəssüf ki, ona vaxtında layiqli  qiymət vermədilər. Bütün bunlar isə Ceyhunu “sındırdı”, bunu o, ürəyinə saldı. Ceyhunun “Fəryad”ı “Ögey ana”nın davamı idi. Hətta kinostudiyada mükafatlar yazılanda demişdilər ki, Ceyhun neynəyib ki, ona mükafat verək. Biz özümüzünkünə qiymət vermirik və nəticədə də belə olur. Amma Ceyhun xalqın gözündə öz layiqli qiymətini aldı. Bu gün də onun çəkildiyi filmlərə sevilə-sevilə baxılır”.

 

Qeyd edək ki, Ceyhun Mirzəyev 1946-cı il aprelin 9-da Ağdamın Abdal-Gülablı kəndində anadan olub. Onun 46 illik ömrünün 35 ili kino ilə bağlı olub. “Görüş”, “Ögəy ana” kimi filmlərdə hələ uşaq ikən rollara çəkilib. “Mozalan”ın bədii rəhbəri olub. Onun son filmi müharibə mövzusunda çəkilən “Fəryad” olub. C.Mirzəyev 1993-cü il martın 5-də ürək tutmasından vəfat edib.

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button