Ermənistan spikeri Qarabağı Azərbaycan ərazisi sayıb-saymaması haqda suala nə cavab verdi?..

“İndi bu suala ucadan cavab verməyə hüququm yoxdur, çünki biz indi danışıqlara başlayırıq”.  

 

Moderator.az xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan bunu “Azadlıq” radiosunub erməni redaksiyasının “Azatutyun TV” kanalı üçün “Facebook”da keçirdiyi mətbuat konfransında Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edib-etməməsi ilə bağlı sualı cavablandırarkən söyləyib.

 

“Danışıqlara gedən ölkə parlamentinin sədrinin belə konkret mövqe ortaya qoyması danışıqların məzmununa təsir edə bilər. Əgər sualın müəllifi mənim cavabımı bəyənməsə,  Qarabağla bağlı son fəaliyyətləri izləyə bilər. Heç bir hökumət hakimiyyətə gəldikdən sonra Qarabağa  “Vətəndaş sazişi” hökuməti qədər sərmayə qoymayıb. Bu, faktdır. Əgər mənə hər hansı hökumətin Qarabağ üçün daha çox iş gördüyünü göstərsələr, deyərəm ki, bəli, bu, yaxşıdır”, – deyə Simonyan bildirib.

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button