“Rus təbliğatı qaranı ağ, ağı isə qara kimi təqdim edir…” 

Ukrayna Buçasındakı vəhşiliklər son günlərin bir nömrəli mövzusudur. Kiçik bir qəsəbənin adı hərbi cinayətlərin simvoluna çevrilib. Rusiya dinc əhalinin qətlində iştirakını qəti şəkildə rədd edir.

Moderator.az xəbər verir ki, Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin tədqiqatçısı Kalev Stoesku Estoniyanın ETV+ kanalının “Həftənin müsahibəsi” proqramında cinayəti törədənləri müəyyən etməyin mümkün olub-olmadığından və müharibədə hadisələrin necə inkişaf edəcəyindən danışıb.

– Bütün dünya Kiyev yaxınlığındakı şəhərlərdə kütləvi qırğınların sübutunu gördü. Rusiya qətlə yetirilən insanların cəsədlərini səhnələşdirmə və təxribat adlandırır. Dəmir sübutlar olmadan rus əsgərlərinin günahını sübut etməyin mümkün olmadığına inananlara nə deyərdiniz?

– Birincisi, bu insanların meyitləri sübutdur. İkincisi isə orada Rusiya qoşunları var idi. Bu insanları öldürən hansısa yadplanetlilər deyildi. Rusiya qoşunları orada idi. Düzdü, hələ dəqiq bilmirik ki, orada hansı hərbi hissə, hansı komandirlər və əsgərlər olub. Və biz hər şeyi 100% öyrənəcəyik. Əlbəttə, Rusiya bunu inkar edir. O, hər şeyi inkar edir.

Amma xarici işlər naziri Sergey Lavrov hətta bir müddət əvvəl Rusiyanın Ukraynaya hücum etmədiyini demişdi. Ukrayna özü-özünə hücum edib? Rus təbliğatı qaranı ağ, ağı qara kimi təqdim edir. Bu, məsələn, Malayziya Hava Yollarına məxsus təyyarənin işğal olunmuş ərazilər üzərində vurulmasından sonra belə olmuşdu. O vaxt hər şeyi inkar etdilər. Onlarla müxtəlif nəzəriyyələr ortaya atdılar.

Amma bu, “Bukraketi idi, Rusiya hərbçiləri tərəfindən işğal olunmuş Donbasdan atılmışdı, bu, sübuta yetirilib. Yeni cinayətlər sübuta yetiriləcək.

Sonra nə olacaq?

Sonra nə olacaq? Bunlar təkcə Buça və Mariupolda olan adamlar deyil. Başqa bir misal. Teatrda 1500-ə yaxın insan var idi. Nəhəng bir bomba Mariupoldakı bu teatrı dağıdıb, 300-400 nəfərin ölümünə səbəb olub. Və biz belə “buçaları” çox görəcəyik. Hər kəs məsuliyyət daşıyır: hadisə yerində olub bu dəhşətli cinayətləri törədən əsgər və komandirlərdən tutmuş, ən yüksək səviyyəyə qədər. Yəni düz Vladimir Putinə qədər. Bütün zəncir məsuliyyət daşıyır.

Bundan sonra nə görəcəyik? Bu hələ başlanğıcdır. Ümumiyyətlə, sanksiyalar növbətiBuçanın qarşısını hansısa şəkildə ala bilər?

Bəlkə yox. Əgər Putininmüharibə maşını” dayandırılmasa, o zaman yeni cinayətlər baş verəcək, insanlar öldürüləcək. Mən burada üç kateqoriya görürəm. Birincisi, iqtisadi və siyasi sanksiyalardır. Bu sanksiyalar işləyəcək, amma dərhal yox. Bu bir az vaxt aparacaq. Aylar aparacaq. Amma işləyəcək. Onsuz da çox güclü sanksiyalar tətbiq edilib və daha da sərtləşdiriləcək.

İndi onlar Ukraynanın hansısa mifik denasifikasiyası axtarırlar və Avropa ilə münasibətlərini deqazifikasiya ilə təhdid edirlər. Avropa nə Rusiya qazını, nə neftini, nə də kömürünü almayacaq. Ona görə də düşünmürəm ki, bu, Putinin istədiyi dünya olacaq.

– Amma tezliklə sanksiyalar da qalmayacaq…

Birincisi, Rusiya Qərb ölkələrinin qoyduğu şərtləri yerinə yetirməyənə qədər sanksiyalar daha da ciddiləşəcək və tətbiq olunacaq. İkincisi, Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsidir. Bütün cinayətkarların orada fiziki olaraq görünübgörünməməsindən asılı olmayaraq, bütün cinayətlər sənədləşdirilməlidir. Ukraynanın ədliyyə naziri bildirib ki, 4600-dən çox cinayət işi açılıb. Buçada olduğu kimi, Mariupolda da çoxlu kütləvi cinayətlər olub. Kiyev yaxınlığında bir kənd var ki, orada da qətllər və zorlama halları aşkarlanıb.

Rusiya da əsir düşən əsgərlərinə qarşı hərbi cinayətlər törədildiyini, Ukrayna hərbçiləri tərəfindən işgəncələrə məruz qaldığını iddia edir. Sosial şəbəkələrdə videolar yayılıb. Əgər bir tərəf müharibə cinayəti törədirsə, bu, qarşı tərəfə qisas almaq hüququ verirmi?

Yox, vermir. Amma vurğulamaq istəyirəm ki, əgər belə cinayətlər ukraynalılar tərəfindən, məsələn, əsirlərə qarşı olubsaMəsələn, əgər əsirlər döyübsə, o zaman nəzərə almaq lazımdır ki, onlar qadınları, uşaqları öldürülənlər tərəfindən döyülüblər. Bu birincisi.

İkincisi, bunlar müqayisə olunmaz şeylərdir. Bu, mağazada saqqız oğurluğu ilə yüzdən çox insanı öldürən Breyviki müqayisə etməyə bənzəyir. Rusiyalı məhbuslar döyülüb? Ola bilər, amma bu hələ sübut olunmayıb. Bəs Ukraynada rusiyalılar tərəfindən minlərlə insanın öldürülməsi? Bunları müqayisə etmək olar?

– Rusiya media məkanında artıq rusiyalı siyasi texnoloq Timofey Sergeytsevin məqaləsi çıxıb. RİA Novosti-nin köşə yazarıdır. Məqalə “Rusiya Ukrayna ilə nə etməlidir” adlanır. Orada təkcə denasifikasiya deyil, həm də deukraynalaşmadan söhbət açılır. Rusiya media məkanında belə materialların peyda olması nədən xəbər verir? Və bu, Kremlin ukraynalıların məhv edilməsi ilə bağlı real baxışını əks edirimirmi?

– Denasifikasiya ilə bağlı məsələ mənə heç vaxt aydın olmayıb. Bilirsiniz, mən 1984-1986-cı illərdə sovet ordusunda xidmət etmişəm. Ladoga gölü ətrafında. Mənə iki il faşist deyirdilər, hərçənd ki, rus dilini öyrənmişdim və o vaxt indikindən qat-qat yaxşı danışırdım. Soruşurdum ki, niyə mənə faşist deyirsiniz? Cavab verirdilər ki, “sən sadəcə faşistsən”. Bilmirdim onlara nə etmişəm. Ukraynalılar Rusiyaya nə ediblər? Heç nə etməyiblər. Onlar Avropa yolunu seçiblər. Onlar azad olmaq istəyirlər.

– Həmişə deyirlər ki, Avropanı seçməkdə ukraynalılar günahkardır…

– O vaxt mənə deyirdilər ki, sadəcə sən Pribaltikandansan, deməli, faşistsən. Vəssəlam! Fərqli düşünənləri faşist adlandırmalarına təəccüblənmirəm. Siz bizim kimi deyilsiniz, deməli, faşistsiniz. Görürük ki, indi bundan hətta insanları öldürmək üçün bəhanə kimi istifadə edirlər.

Növbədə bizi denasifikasiya edəcəklərinə dair təhlükə və ya ehtimal var?

Biz hamımız faşistik, çünki Ukrayna üçün NATO seçimi nasizm kimi qiymətləndirilir. Deməli, NATO-ya üzvlük nasizmdir. Beləliklə, biz də, Polşa da, Çexiya da, Rumıniya da, Danimarka da hamımız nasistik. Bütün dünyanı denasifikasiya etmək istəyirlər?

 

Tərcümə və təqdim etdi: Miraslan

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button