“90-cı illərin yoxsul vaxtında jurnalistlər üçün də avtobus-metro pulsuz idi, bəs indi nə oldu?..”

Yoxsa Putinin əmri ilə “5-ci kalon” Azərbaycanda Qazaxıstansayağı yeni “sosialist inqilabı” üçün sosial baza hazırlayır?..
Xeyirdimi? Kasıb dinməyəndə elə boynuna minib əzərlər?.. Kimlərdi bu yüz minlərlə yoxsul vətəndaşı ayağa qalxmağa vadar edənlər?..
-7 CÜMLƏDƏ – 1 DƏRD…-
Son günlər “avtobuslarda gediş haqqı 70 qəpik olacaq” kimi növbəti bahalaşmaya hazırlıq informasiya-şayiələri media səhifələri və dillərdən düşmür…
Hansısa qüvvələrin təşkilatçılığıyla guya 19 şirkət hökumətə müraciət edib ki, bəs dolana bilmirik, Tarif Şurası təcili gediş haqqının qiymətini qaldırsın…
Bəyənmədiyimiz 1990-cı illərdə – müstəqil(!) neft-qaz(!) dövlətimiz hələ belini kasıbçılıqdan təzə-təzə qaldırdığı vaxtlarda Azərbaycanda ictimai nəqliyyat veteranlar, əlillər, müəllimlər, hərbçilər, polislərlər və s. ilə yanaşı, jurnalistlər üçün də pulsuz idi…
Bəs indi nə oldu– ölkədə məmur-oliqarx, deputat, başçı, nazir villalarının, lüks avtomobillərinin qaynaşdığı bir zəmanədə dövlət kasıb düşdü?..
İndi rüşvətlə, korrupsiya ilə, neft-qaz dollarlarıyla, haram narkotik, qadın və s. alveriylə Azərbaycanın, planetin yetmiş yeddi guşəsində dəbdəbəli malikanələri olan oliqarxlar rahat 1-2 milyonluq maşında gəzəcək, biz də kirayələrdə, yataqxanalarda yaşayıb, üstəlik, əksəriyyəti hələ dağılıb-tökülən daranqlet avtobuslara 70 qəpik verəcəyik?..
Xeyirdimi, elə kasıb dinmədikcə boynuna minərlər – kimlərdi bu yüz minlərlə yoxsul vətəndaşı ayağa qalxmağa vadar edənlər?..
Yoxsa Putinin əmri ilə “5-ci kalon” Azərbaycanda Qazaxıstansayağı yeni “sosialist inqilabı” üçün sosial baza hazırlayır?..
P.S. Hər nədisə, burdan qaz balonu iyi, üzr istəyirəm, təxribat qoxusu gəlir…
Sultan Laçın