“Ermənilər dünyanın başını aldadıb öz dırnağarası dərdlərini çatdırmaq istəyirlər…”

“Təbrikiniz üçün çox sağ olun, təşəkkür edirəm. Bu günümü normal, adi bir gün kimi evdə, işdə, qayğıların içində keçirirəm. Şükür Allaha ki, salamatçılıqdı”

 

Bunu Moderator.az-a açıqlamasındabu gün doğum günü olan Xalq artisti Ramiz Həsənoğlu deyib. R.Həsənoğlu Vətən müharibəsindən sonra bu istiqamətdə gördükləri işlərdən də danışıb:

 

“Bizim Sabah Yaradıcılıq Birliyi müəyyən bir plan üzrə işləyir. Təbii ki, Azərbaycan Televiziyası təkcə Sabah Yaradıcılıq Birliyi deyil. Başqa qurumlar da var və Vətən müharibəsiylə bağlı kifayət qədər süjetləri efir göstərir. Bizim işimizin profili elədir tutaq ki, əgər Vətən müharibəsiylə bağlı hansısa mövzuya müraciət edəcəyiksə, o bir qədər vaxt tələb edir. Elə deyil ki, getdin çəkdin gəldin. Bu oyundur, dramaturgiyadır, ordakı hadisələr ekrana gəlməlidir. Yəni bu istiqamətlərdə düşünürük, müəlliflərlə işləyirik, inşallah yaxın vaxtlarda artıq hansı istiqamətdə işlərin gedəcəyini biləcəyik”.

 

R.Həsənoğlu düşmənin həmişəki kimi riakarlığından, ikiüzlü siyasətindən də danışıb:

 

“Bu, ermənilərin xislətidir, heç özləri də bilmirlər ki, nə istəyirlər. Onlar gündəmdə olmaq istəyirlər. Ermənilər ancaq dünyanın başını aldadıb öz dırnağarası dərdlərini çatdırmaq istəyirlər. Amma azərbaycanlılara etdiklərinin yanında onların “dərdləri” gülməli bir şeydir. Bunlarla ancaq Prezidentimiz dediyi kimi Dəmir yumruqla danışmalıyıq və bu onların başının üstündən əskik olmamalıdır”.

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button