“Mən buna dözə bilmədim, o şəhid övladı ata, ata deyə sızıldayırdı…”

“Pandemiyadan sonra hər kəs öz işiylə, gücüylə yoluna davam edir. Bizdə də universitetdə dərslər gedir, televiziyalara dəvət alıram. İndi də Səkkizinci Televiziya Muğam müsabiqəsi başlayır. İki illik pandemiyadan sonra bu, millətimiz, xalqımız üçün böyük bayram olacaq”

 

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Mələkxanın Əyyubova deyib. Xanəndə qarşıda görəcəkləri sənət yaradıcılıqlarından da söz açıb:

 

“Bu həftə seçim turlarımız Şəki və İsmayıllıda olacaq. Gələn həftədən isə Muğam Mərkəzində seçimimiz olacaq və daha sonra Muğam Müsabiqəmizə start verəcəyik. Həyat davam edir. Bu il sevindiricidir ki, “Şuşa ili” elan olunub, tədbirlərimiz olacaq. Xalqımız az da olsa sevinsin. Allah hər kəsi sevindirsin, ruzilərini, bərəkətlərini versin. Övladlarından xeyr görsünlər”.  

 

Xanəndə şəhid uşaqları üçün keçirilən xeyriyyə aksiyasında iştirakından da söz açıb:

 

“Cərrah Dilqəm Məhərrəmovun təşəbbüsü ilə bir qrup şəhid uşaqları sünnət olundu. D.Məhərrəmov bir neçə dəfə bu cür aksiyalar keçirib.O, şəhid və qazi uşaqlarını sünnət edib. Bu dəfə də Ramazan ayında Müdafiə Nazirliyinin və  Mədəniyyət Baş İdarəsinin Təşkilatçılığıyla belə bir xeyriyyə aksiyası keçirildi. Uşaqlara dəstək olmaq üçün biz də iştirak etdik. Həm ürək ağrıyırdı, həm də sevinirdik ki, belə bir xeyriyyə aksiyası keçirilir. Mən bir uşağın dediklərinə dözə bilmədim, o şəhid övladı “ata, ata”-deyə sızıldayırdı”. 

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button