Qazilər şəhid Nihat Abdullayevin anım mərasimində iştirak ediblər.

13.04.2022-ci ildə “Gənc Qazilər” İB-nin Qazax rayon Filialının rəhbəri və üzvləri, Ağstafa şəhərində keçirilən şəhid Nihat Adil oğlu Abdullayevin anım mərasimində iştirak ediblər.

Onlar Şəhidin məzarı önünə əklil qoyub qarşısında baş əyərək ruhuna ehtiramını bildiriblər.

Şəhid Nihad Adil oğlu Abdullayev 13 aprel 2002-ci ildə Ağstafa şəhərində anadan olmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri II-ci Qarabağ Müharibəsi zamanı Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən şiddətli döyüşlərdə iştirak etmişdir. 9 noyabr 2020-ci il tarixində Xocavənd döyüşlərində savaşarkən qəhrəmancasına şəhid olmuşdur. O, Ağstafa Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Yaxınlarının verdiyi məlumata əsasən, hələ uşaqlıqdan ruhuna hakim kəsilən Vətən sevgisi onu ən ali məqama- Şəhidlik şəhadətinə ucaltmışdır.

Şəhid Nihat Abdullayev 15.12.2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə,  Ölümündən sonra “Vətən uğrunda”, 25 12.2020-ci il tarixində isə Ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Şəhidin medalları ailə üzvlərinə təqdim olunmuşdur.

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button