Kremldə ən varlı adam kimdir?

Putinin mülkiyyətində sahəsi 77 kv m olan mənzili, “Niva” avtomobili və “Skif ” qoşqusu var

 

Peskovun həyat yoldaşı özündən daha varlıdır

 

Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski Kreml əməkdaşları arasında ən varlı adamdır.

 

Moderator.az xəbər verir ki, bunu rusiyalı məmurların gəlirləri barədə bu gün dərc edilən bəyannamələri sübut edir.

 

Bəyannaməyə əsasən, Medinski 2021- ci ildə 106, 770 milyon rubl qazanıb (2020- ci ildə onun gəlirləri 17, 6 milyon rubl təşkil edib). Medinskinin sahəsi 3394 kvadrat metr olan iki yaşayış evi və torpaq sahəsi var.

 

Kreml məmurları arasında gəlirlərinə görə ikinci yeri prezidentin ekspert idarəsinin rəhbəri Vladimir Simonenko tutub. Onun gəlirləri 2020- ci ildə 18, 4 milyon rubldan 95, 8 milyon rubla yüksəlib. Məmurun bəyannaməsində deyilir ki, 2021- ci ildə gəlirləri və digər əmlakın satışı hesabına ildə üç mənzil, avtomobil və qaraj alınıb.

 

Üçüncü yerdə Təhlükəsizlik Şurası katibinin müavini Oleq Xramov gedir. Onun gəlirlərin 38 milyon rubl təşkil edərək, ötən ildəkinə nisbətən (27, 4 milyon rubl) 10 milyon rubl artıb. Bu zaman Xramovun sahəsi 109, 8 kv m olan mənzili bəyannamədə yoxdur. Onun sərəncamında sahəsi 44, 2 kv m olan daha bir mənzil və torpaq sahəsi var.

 

Rusiya hökumətinin üzvləri arasında ən varlı adam sənaye və ticarət naziri Denis Manturovdur. Bu barədə Nazirlər Kabinetinin saytında məlumat verilib.

 

Onun gəlirləri 2020- ci ildə 740, 4 milyon rubldan 2021- ci ildə 704 milyon rubla enib.

 

Ən varlı baş nazirin müavini 2021- ci ilin yekunlarına görə Uzaq Şərqin kuratoru Yuri Trutnevdir. Onun gəlirləri 392, 6 milyon rubldur.

 

Rusiyanın baş naziri Muxail Mişustinin 2021- ci lldə gəlirləri 18, 3 milyon rubl təşkil edib. 2020- ci ildə bu rəqəm 19, 8 milyon rubl olub.

 

Kremldə həmçinin Rusiya prezidentinin də gəlirləri dərc edilib. Bəyannaməyə əsasən, Putin 2021- ci ildə 10, 202 milyon rubl qazanıb. Onun mülkiyyətində sahəsi 77 kv m olan mənzil, 18 metrlik qaraj, “Niva” avtomobili və “Skif” qoşqusu var.

 

Prezidentin mətbuat katibi Dmitri Peskov ailə gəlirlərinə görə Kremldə liderdir. 2021-ci ildə onun gəlirləri 14 milyon 532 min rubl, ailəsi ilə birlikdə isə 233 milyon rubl qazanıb.

 

Peslovun həyat yoldaşı, fiqurlu konkisürmə üzrə olimpiya çempionu Tatyana Navkanın illik gəliri 218 512 972 rubl təşkil edib. 2020- ci ildə Peskov və həyat yoldaşının ümumi gəlirləri 225, 4 milyon rubl təşkil edib. Bu zaman Navka ərindən 17 dəfə çox- 212,  8 milyon rubl qazanıb.

2021- ci ildə ailə daha 8 milyon rubl varlanıb.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button