Paşinyan Qarabağ haqda danışarkən ABŞ səfiri nədən tələsik parlament binasına yollandı?..

 

“Ermənistan parlamentinin rəsmi saytında ABŞ səfirinin ziyarəti və ümumiyyətlə, hər hansı bir görüşü barədə məlumat verilməyib”.

 

Baş nazir Nikol Paşinyanın Ermənistan parlamentində Qarabağ ətrafındakı vəziyyətlə bağlı çıxışından dərhal sonra ABŞ-ın Ermənistandakı səfiri Lin Treysinin avtomobili sürətlə parlament binasına doğru yollanıb.

 

Moderator.az xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb.

 

“Qanunverici orqanın Ermənistan hökumətinin 2021-ci il proqramının yekunlarını müzakirə edərkən səfir kiminlə məhz həmin gün və bu qədər təcili  görüşməli olub?  Maraqlıdır ki, parlamentin rəsmi saytında ABŞ səfirinin ziyarəti və ümumiyyətlə, hər hansı bir görüşü barədə məlumat verilməyib.

 

Lakin qeyd etmək lazımdır ki, ABŞ səfirinin maşını parlament binasının həyətində dayananda Nikol Paşinyan hələ parlamentdə olub” –erməni qəzeti belə yazır.

 

Xatırladaq ki, 44 günlük savaş bitəndən bəri keçən dövr ərzində ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi dəfələrlə öz çıxışlarında Qarabağ ermənilərinə status verilməsindən dəm vurub, bir neçə dəfə Ermənistan-Azərbaycan sərhədinə gələrək erməni komandirlərlə görüşüb…

 

Sultan Laçın

 

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button