Cəlilabad Qaziləri şəhid Mirsəfa Mirbaba oğlunun məzarını ziyarət ediblər.

“Gənc Qazilər” İB-nin Cəlilabad rayon Filialının idarə heyəti, bu gün Cəlilabad rayon Badamağacı kənd sakini olan, Daxili Qoşunların “Pələng” Xüsusi təyinatlı dəstəsinin çavuşu, şəhid  MİRƏŞRƏFBƏYLİ MİRSƏFA MİRBABA oğlunun məzarını ziyarət ediblər.

Qazilər daha sonra şəhidin ailəsini ziyarət ediblər.

Şəhid Mirsəfa Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Şəhadətindən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına”, “Füzulinin azad olunmasına”, “Xocavəndin azad olunmasına”, “Kəlbəcərin azad olunmasına” görə medallarla və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Medallar və orden ailəsinə təqdim olub.

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button