“Yaxınlarımda elə ailələr var ki, onlara həmişə dəstək göstərməyə çalışıram…”

“Pandemiya şükür Allaha bitir. Amma hərdən yazırlar ki, yeni virus olacaq, buna görə bir az məyus olursan. Güman edirik ki, hər şey yaxşı olacaq və şükür Allaha, yaxşılığa doğru da gedir. Yaradıcılıq da öz yolundadır, işləyirik, çalışırıq. Məşqlərimiz var, çalışırıq ki, onları edək, çünki pandemiya dövründə buna imkan olmadı”

 

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Aygün Bayramova deyib. Xanəndə Səkkizinci Televiziya Muğam Müsabiqəsində tələbələrinin də iştirak edəcəyini bildirib:

 

“Vəziyyət yaxşıdır. Sənət adamı kimi biz də buna sevinirik. Bir neçə tələbəm müsabiqəyə sənət verib. Onlardan bir nəfəri ikinci tura keçib. Bir tələbəm isə müsabiqəyə Bakıdan qatılıb. Seçilərlərsə, mən də onlara həmişəki kimi dəstək göstərərəm”.

 

Xanəndə deyib ki, pandemiya dövründə ehtiyacı olan ailələrə əl tutub, amma bunu heç vaxt dilə gətirməyib:

 

“Əgər kimsə insanlara xeyriyyəçilik edirsə, mən buna ancaq şad olaram. Xeyriyyəçiliyin azı-çoxu olmaz. Bir insana kimsə kömək edirsə, dəstək olursa, buna ancaq sevinmək olar. Kim nə qədər bacarır, nəyə gücü çatır, onu edir. Bunun özü də böyük bir şeydir. Pandemiya dövründə ehtiyacı olan ailələrə dəstək oldum. Yaxınlarımda elə ailələr var ki, onlara həmişə dəstək göstərməyə çalışıram. Allah Ramazan ayında insanlarımızın oruclarını qəbul eləsin. Nə niyyətləri, arzuları var, həyata keçsin. Xalqımıza ancaq xoş günlər arzulayıram”. 

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button