Qazax rayon qaziləri şəhid Orxan Babayevin məzarını ziyarət ediblər.

“Gənc Qazilər” İB-nin Qazax rayon Filialının idarə heyəti və üzvləri şəhid Orxan Sarvan oğlu Babayevin məzarını ziyarət ediblər.

Milli-mənəvi birlik, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətnliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Hər günü qanlı tarixin bir səhifəsinə çevrilən bu savaş, əslində, bir qəhrəmanlıq salnaməsi idi. Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi yoxdur ki, onun şəhidi olmasın. Ən ali, müqəddəs və şərəfli zirvə olan Şəhidlik zirvəsinə yol ancaq Vətəni, torpağı, milləti canından artıq sevməkdən keçir. Onlar məhz bu cür seçilmişlər idi.

Vətən uğrunda canından keçmək özünü şüurlu şəkildə qurban vermək deməkdir. Bu, elə bir məqamdır ki, verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə ərmağan edirsən. Bele şəhidlərimizdən biri də Orxan Sarvan Oğlu Babayevdir.

Orxan Babayev 2001-ci il aprelin 17-də Ağstafa rayonunun Qarahəsənli kəndində anadan olub. O, 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Orxan Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Babayev noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub.

Orxan Babayev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə”, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə”, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə” medallar ilə təltif edilib. Medalları ailə üzvlərinə təqdim olunub.

“Gənc Qazilər” İB-nin Qazax rayon Filialının idarə heyəti və üzvləri şəhidin məzarı önünə əklil və gül dəstələri qoyublar. Xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button