“Biz dinc dövrdə Putinə təsir etmək imkanımızı fərsizcəsinə qaçırdıq…”

“Mən qasırğanı sevmirəm”  və ya “qasırğanı qəbul etmirəm” deməklə onu dayandıra bilməzsiniz”

 

“Ukrayna Rusiyaya güzəştə getməlidir”

 

Dünyaca məşhur yəhudi mənşəli filosof və linqvist Noam Xomski bəyan edib ki, Ukrayna Rusiyaya güzəştə getməlidir, çünki “gerçəklik belədir” və bu, üçüncü dünya müharibəsinin qarşısını almağın yeganə yoludur.

 

Moderator.az xəbər verir ki, bunu o, “Current Affairs” nəşrinə müsahibəsində deyib.

 

93 yaşlı Xomski İsrailin ərəb dünyası ilə qarşıdurmasında qatı antiİsrail mövqeyi və antisemitizm ritorikası ilə tanınıb. Lakin bununla yanaşı Xomski dünyanın nüfuzlu intellektuallarından biri kimi qalmaqdadır.

Onun Ukrayna məsələsində mövqeyi, qısa desək, ABŞ- ın rəsmi mövqeyindən fərqlidir.

 

“Mən Zelenskini tənqid etmək istəmirəm. O, özünü əsl lider kimi aparır, o, öz tərəfindən haqlıdır. Lakin biz də öz tərəfimizdən daha da müdrik olmalıyıq. 

Pentaqon Zelenskinin Ukrayna üzərində “səmanı bağlamaq” və ya hücum silahlarını vermək xahişindən imtina etməklə daha müdrikdir. Təəssüf ki, nə Putini hərbi cinayətkar adlandıran prezidentdə, nə də bir- birilə qorxmazlıqda və davakarlıqda yarışan konqresmenlərdə belə müdriklik yoxdur. Ona görə ki, Pentaqon “səmanı bağlamağın” nüvə dövlətinin HHM sistemlərini bombalamaq demək olduğunu anlayır. Bayden və konqresmenlər isə bu sözlərin mənasına varmır”.

 

“Bu müharibədə bizim iki variantımız var, – Xomski izah edib. – Birinci variant- indi aparılan siyasəti davam etmək. Yəni Rusiya ilə “son ukraynalıyadək” mübarizə aparmaq, bu zaman nüvə müharibəsinin törədilməsi ilə risk etmək.

İkinci variant diplomatik nizamlanmadır, bu, gözəl olmayacaq, çünki Putinə bu vəziyyətdən çıxmağa gözəl imkan yaradacaq. Yəni biz Moskva diktatorunun tələblərini icra etmək üçün Ukraynanı məcbur etməliyik: neytral status, Donbasa yüksək muxtariyyəti nəzərdə tutan hər- hansı bir xüsusi status, habelə, xoşumuza gəlsə də, gəlməsə də, Krımın müzakirə edilməməsi faktını qəbul etmək”.

 

Aparıcının “Belə yanaşma Hitlerin timsalında kədərli nəticələrə gətirib çıxaran təzavüzkarın sakitləşdirilməsi siyasəti demək deyilmi?” sualına Xomski belə cavab verib:

 

“Biz sülh zamanı Putinə təsir etmək imkanımızı fərsizcəsinə qaçırdıq. İndi də ona sonunsu təsir imkanımızı qaçırırıq. Çünki bir var Ukraynanı güzəştlərə getməyə vadar etmək və ona bu vəziyyətdən ləyaqətlə çıxmağa imkan yaratmaq. Bir də var Putini çıxılmaz vəziyyətə qoymaq və ona Baydenlə Conson kimi “sən hərbi cinayətkarsan” söyləmək.

 

Yəni hər şey bitib, onun üçün çıxış yolu yoxdur, indi müharibəni yalnız qələbəyədək davam etdirəcək. Bu, əlbəttə çox cəsarətlidir, amma ukraynalılara döyüşmək lazım gələcək və müharibənin bədəlini Ukrayna ödəməli olacaq. Nə olsun ki, digər variant sizin xoşunuza gəlmir…Sizin sabah qasırğanın baş verəcəyi də xoşunuza gəlməyə bilər. Amma siz “mən qasırğanı sevmirəm” və ya “mən qasırğanı qəbul etmirəm” deməklə onu dayandıra bilməzsiniz.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button