“İtən insanları tapmaq, ailələrinə qovuşdurmaq yaxşıdır, amma elə şeylər var ki…”

“Hazırda iki tələbəmlə Səkizinci Televiziya Muğam Müsabiqəsinə görə məşğul oluram. Təbii ki, bir tələbəmi artıq yetişdirib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə göndərmişəm və o da müsabiqəyə qatılacaq. Bir tələbəm isə Bülbül adına musiqi məktəbindən müsabiqədə iştirak edəcək. Bütün iştirakçılarımıza uğurlar arzulayıram”

 

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Nuriyyə Hüseynova deyib. Xanəndə Muğam Müsabiqəsinin əhəmiyyətindən də danışıb:

 

“Pandemiya görə Muğam Müsabiqəsinə üç il ara verildi. Hansı ki, iki ildən bir keçirilirdi. Amma əslində deyirlər ki, müsabiqə beş ildən bir təşkil olunmalıdır ki, o vaxtda uşaqlar da yetişsinlər. Axı hər saat istedadlı uşaqlar yetişməz ki. Tələbəni seçmək, müsabiqədən keçirmək, oxutdurmaq, üzə çıxarmaq əsas məsələ deyil, əsas o tələbənin yer tutmasıdır. İndiyə qədər müsabiqəyə qatılan tələbələrin şansı olub ki, çoxusu işlə təmin olunub, televiziyaya çıxıblar, hara gedirlər orda onlara şans var, şərait yaradılır. Bir var kiminsə dəstəyilə sənətə gəlirsən, tanınmaq bir az çətindir. Amma müsabiqədən gələn uşaqlar tez tanınırlar, sonradan onlar üçün hər yerdə yaşıl işıq yanır. Gənclərimiz püxtələşirlər, muğamları öyrənirlər, səhnəyə öyrəşirlər. Münsiflərimiz, xalqımız da onlara öz qiymətini verir”. 

 

Xanəndə efirlərimizdə ailə-məişət problemlərindən bəhs edən verilişlərə də toxunub. O, deyib ki, kimisə ittiham etmək doğru deyil, hər bir ailədə problem olur:

 

“Mənə elə gəlir ki, bizim millətimiz, xalqımız o verilişlərdə göstərilənlərdən ibarət deyil. Bəzi şeylər var ki, onlar millətimizin adına xələl gətirir. Bizim millətin ləyaqətli insanları, qadınlar, anaları, qayınanaları, kişiləri var. Biz müharibədə bunun şahidi olduq. Heç kimi küçümsəmək istəmirəm, hamını Allah yaradıb. Amma baxırsan ki, bir az ağlı kasad olan adamlar efirə çıxıb pis hərəkətlər edir. Bütün xalqlarda normlar və qeyri-normal insanlara rast gəlinir. Yəni qeyri-normal insan efirə çıxıb hansısa bir hərəkət edirsə, bunu millətin adına yazmaq olmaz, ayıbdır. Təbii ki, mən də o verilişlərə getmirəm. Gedib o verilişlərdə nə deyim? Bir dəfə verilişdə dedim ki, itən insanları tapmaq, onları ailələrə qovuşdurmaq yaxşıdır, alqışlayıram. Amma elə şeylər var ki, onlar gərək açılmasın, görülməsin. Elə ailə yoxdur ki, o evin problemi olmasın. Hər şeyin qaydası var. Mən o ailənin içində olmamışamsa, kimə nə deyim? Hətta dinimizdə də bir şey var ki, heç kimi uzaqdan yarqılama. Nəyin nə olduğunu bilmirsən. Dövlət var, dövlətimizin də əlaqədar qurumları var”.

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button