Moskvadan qayıdan “FSB” generalı İrəvanda Paşinyana qarşı mitinq başlatdı…-VİDEO

Xəbər verdiyimiz kimi, Ermənistan müxalifəti İrəvanın mərkəzində müddətsiz etiraz aksiyası elan edib. Paytaxtın  mərkəzidnəki Azadlıq meydanındakı mitinqə müxalifət liderlərindən biri “Şərəf duyuram” deputat fraksiyasının rəhbəri, general-mayor  Artur Vanetsyan başçılıq edir. Axşam saatlarında polis etirazçıların çadır qurmaq cəhdinin qarşısını alıb və bir neçə nəfəri saxlayıb.

 

Moderator.az xəbər verir ki, “Hrapark” nəşrinin yazdığına görə, buna rəğmən A. Vanetsyam meydanı tərk etməyəcəklərini bildirib. Onun rəhbərliyi ilə etirazçılar üçün çadırlar düzəldilib, oturmaq üçün stullar gətirilib. 

Artur Vanetsyan iştirakçıların bir hissəsini meydanda qalmağa, qalanlarını dincəlmək üçün evlərinə gedib sabah səhər qayıtmağa çağırıb. Vanetsyanın özü isə meydanda qalıb.

 

Qeyd edək ki, axşam saatlarında  Ermənistan Müdafiə Nazirliyinin keçmiş rəhbəri Seyran Ohanyan da razılaşdırılmamış mitinqdə iştirak edib. 

 

Qarabağdakı separatçı rejimi dəstəkləmək üçün xalqı mitinq üçün toplayan müxalifətin “Şərəfim var” parlament fraksiyasının rəhbəri Artur Vanetsyan iştirakçıların bir hissəsini meydanda qalmağa, qalanlarını dincəlmək üçün evlərinə gedib sabah səhər qayıtmağa çağırıb. Vanetsyanın özü meydanda qalıb. O bildirib ki, küçə mübarizəsinin məqsədi  “Qarabağı Azərbaycana təhvil verməyə çalışan” hazırkı baş nazir N.Paşinyanı devirməkdir.

 

Səhərə yaxınadək Artur Vanetsyan və onun 100 tərəfdarı Azadlıq meydanında qalıb, polis asayişi təmin edib. 

 

“Amma aydın deyil, əgər cəmi 100 nəfər toplaşıbsa, hakimiyyət niyə bu qədər qorxub və onlarla polisi və “Alfa” qrupunu meydana gətiriblər. Müxalifət sabaha daha sistemli mübarizə planlaşdırıb. Daha bir neçə mübarizə ocağı formalaşır. Sonra həmin ocaqlar birləşəcək. Və Azadlıq meydanını qızışdırmağa, müxtəlif aksiyalar keçirməyə çalışacaqlar. Artur Vanetsyan və onun tərəfdaşlarına digər siyasi qüvvələr də qoşulacaq.

 

Xatırladaq ki, aprelin 14-də Moderator.az  Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru A.Vanetsyanın bu günlərdə Rusiya Federasiyasında müəyyən siyasi dairələrlə bir sıra görüşlər keçirməsi haqda məlumat vermişdi…

 

Zəruri arayış:

 

Hazırda Azərbaycana qarşı revanşist mövqeyi ilə seçilən və terrorçu eks-prezident Serj Sərkisyanın lideri olduğu “Şərəf duyuram” müxalif  blokunun üzvü olan  general-mayor Artur Vanetsyan  2002-ci ildə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasını fərqlənmə diplomu ilə bitirib.  2018-ci il mayın 10-da Ermənistanın baş naziri Nikol Paşinyanın təqdimatı və Ermənistan prezidentinin fərmanı ilə o, Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin edilib, 2019-cu il sentyabrın 16-da isə baş nazirin təklifi ilə vəzifəsindən azad edilib. Və bundan sonra “Vətən” partiyasının sədri kimi daim Paşinyana müxalif mövqedə dayanıb.

 

Hələ MTX sədri olduğu dövrdə Ermənistan siyasi dairələrində  A.Vanetsyanın Moskvanın adamı olması haqda fikirlər səslənib. A.Vanetsyan 2020-ci ilin yanvarında o vaxt işğal altında olan Cəbrayıl rayonunun Arazyanı ərazilərimizə gələrək buradakı torpaqların təcili məskunlaşdırılmasından danışmışdı… 2020-ci ilin noyabrında isə populist çıxışlar edərək bir dəstə tərəfdarıyla  Xankəndinə gəlmiş, lakin ordumuz Şuşaya yaxınlaşan kimi aradan çıxmışdı…

Ötən il isə A.Vanetsyan Qarabağa növbəti səfərində Xocavənd rayonundakı qədim Amaras məbədimiz üzərinə separatçı-terrorçu rejimin əski parçasını qaldırıb…

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button