Masallı qaziləri şəhid Nurlan Əbilovun il mərasimində iştirak ediblər.

Bu gün, 19.04.2022-ci il tarixində “Gənc Qazilər” İB-nin Masallı Rayon Filialının rəhbərliyi və üzvləri, Masallı rayonunun Ağakişibəyli kəndində şəhid Əbilov Nurlan Fərrux oğlunun il mərasimində iştirak ediblər.

Qazilər şəhidin məzarını və abidəsini ziyarət edib ruhlarına dualar oxuyub, ailəsinə səbr diləyiblər.

Şəhid Əbilov Nurlan Fərrux oğlu 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən baş nahiyəsindən ağır yaralanmışdır və Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilmişdir.

19 aprel 2021-ci ildə müalicə aldığı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında şəhid olmuşdur. Nəşi Masallı rayonunun Şərəfə kəndində torpağa tapşırılmışdır.


“Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına” görə  medalları ilə təltif edilib. Medalları ailə üzvlərinə təqdim olunub.

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button