“Qonşularının suverenliyinə hörmətsizlik, zorakılıqla özünütəsdiq raşizmin mahiyyətidir”

“Xüsusi sivilizasiya missiyası”, “Allah tərəfindən seçilmiş millət”, “qardaş xalqın böyüklüyü” raşizmin əsasını təşkil edir”

 

 

“Raşizm” haqqında 25 dilə tərcümə edilən məqalə üzə çıxıb

 

Moderator.az xəbər verir ki, “Vikipediya”da “raşizm” haqqlnda 25 dilə tərcümə edilən məqalə dərc edilib. Məqalədə bu terminin etimiologiyası, yaranma tarixi və başlıca xüsusiyyətləri uzah edilib.

 

“Raşizm” və ya “rus faşizmi” XX əsrin sonu, XXI ərsin əvvəlində Rusiyada hakim rejiminin siyasi və sosial praktikasıdır. Bu, rusiyalıların “xüsusi sivilizasiya missiyasına”, “qardaş xalqın böyüklüyünə”, başqa xalqların mədəniyyət elementlərinə dözümsüzlüyə; sovet tipli totalitarizm və imperializmə, Rusiya pravoslavlığının mənəvi doktrina və geosiyasi təsir vasitəsi kimi istifadə edilməsinə, ilk növbədə Avropa ölkələri üçün enerjidaşıyıcılarına, Rusiya Federasiyasının təsir dairəsinə daxil olan ölkələrə qarşı hərbi gücə əsaslanır”, – “Vikipediya” “raşizm”ə belə tərif verib.

 

Məqalə müəllifinin fikrincə, raşizmin əsasında qonşuların suverenliyinə hörmətsizlik və özbaşınalıq və zorakılıq yolu ilə özünütəsdiq dayanır.

 

“Raşizmin ilkin əlamətləri Rusiya Federasiyasının tipik təbliğatından fərqli düşünən başqa insanlara aqressiv nifrətdir”, – “Vikipediya” belə yazıb və əlavə edib ki, bu xüsusiyyətlər Rusiya hakimiyyəti tərəfindən orta əsrlərdə Mərkəzi Avrasiyada mövcud olan “Qızıl Orda” dövlətindən miras qalıb. Raşizmin əsaslarından biri də rus pravoslav kilsəsinin “rusiyalıların Allah tərəfindən seçilmiş” olması barədə mənəvi nəzəriyyənin ideologiyasıdır.

 

Məqalə müəllifi rusiyalı politoloq Andrey Piontkovskinin fikrini xatırladıb. O, iddia edir ki, rus faşizmi ideologiyası bir çox cəhətlərinə görə alman faşizminə bənzəyir, çünki Rusiya prezidentinin  nitqləri Adolf Hitlerin ideyaları ilə həmahəngdir.

 

“Vikipediya” Timofey Sergeytsev adlı birisinin “Rusiya Ukrayna ilə nə etməlidir?” məqaləsini xatırladır, orada müəllif ukraynalıların soyqırımına haqq qazandırır, onların susdurulmasına, ukraynasızlaşdırılmasına, avropasızlaşdırılmasına və Ukrayna xalqının etnosidinə çağırış edir.

 

Maraqlıdır ki, Sergehtsevin  bu cızmaqarası dünya Kiyev vilayətində kütləvi qətllərin qurbanları haqqında xəbər tutandan sonra üzə çıxıb. Məqaləni isə Rusiyanın “RİA Novosti” dövlət agentliyi dərc edib.

 

“Rusiya işləri üzrə Oksford eksperti Semyuel Ramaninin sözlərinə görə, məqalə “Kremlin əsas fikrini ifadə edir”.  “Euractiv” nəşrinin fikrinə görə, Sergeytsev “rus faşizminin ideoloqlarından biridir”. Latviya XİN rəhbəri Edqars Rinkeviç məqaləni “adi faşizm” adlandırıb”, – “Vikipediya” yazıb.

 

“Raşizm”in mənasının izahında on- line ensiklopediya onun başlıca rəmzini də xatırladıb:

 

“Raşizmin rəmzlərinə çoxsaylı işarələr və formalar aiddir. Tarixdə raşizm öz rəmzlərini tez- tez dəyişib. Bu rəmzlərdən biri də latın “Z” hərfidir, bu hərfdən rusiyalı kafirlər 2022- ci ilin fevral ayında Ukraynaya tammiqyaslı hücum zamanı istifadə edib”.

 

Bu məqalə 25 dilə tərcümə edilib. Məqalənin rus versiyası “Vikipediya”da yoxdur. 

Bundan öncə “Vikipediya”da rus dilində “Raşizm və raşist” adlı məqalə dərc edilib, amma  sonradan çıxarılıb.

 

Daha əvvəl “Roskomnadzor” “Vikipediya”dan Putin haqqında, o cümlədən Ukraynaya hücum haqqında informasiyanı çıxarmağı tələb edib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button