Tovuz qaziləri şəhidlərin xatirəsinə həsr olunmuş tədbirdə iştirak ediblər.

“Gənc Qazilər” İB-nin Tovuz rayon Filialının idarə heyəti və üzvləri şəhidlərin xatirəsinə həsr olunmuş tədbirdə iştirak ediblər.
Tədbir, Tovuz rayon Bozalqanlı kəndi Yusif Sadıqov adına tam orta məktəbdə keçirilib. Şəhid ailələri, qazilər, məktəbin müəllimələri və şagirdləri, Azərbaycanın dövlət himnini oxuyub, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.