“Bəzən elə olur ki, 6 gün ancaq su içirəm, qızım deyir ki, saçın nə vaxt çıxacaq?”

“Sonuncu dəfə analizin nəticələrində cavab çıxdı ki, xəstəlik ağciyər, qaraciyər və sümüklərə yayılıb. Ona görə də 10 ədəd şüa qəbul etdim. Gördük ki, təsiri olmadı, yenidən ximya terapiyalar götürmək məcburiyyətində qaldım. Ximya alıram, ona görə də bir az çəki atmışam. Çünki ximya alan insan yemək yeyə bilmir, ona görə də yeyə bilməməkdən dolayı arıqlayır. Mənim mədəm onsuz da balacadır, bəzən görürsünüz ki, 6-7 gün ancaq su içə bilirəm, yemək yemirəm”.

 

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Tünzalə Əliyeva deyirb. O, daha sonra əlavə edib.

“Bu günə şükür, çalışıram ki, öz pozitivliyimi qoruyub saxlayım. Xəstəlik mənim üçün, evimdə 4 divarım üçündür, amma mən bir aktrisayam, insanlara pozitiv enerji ötürməliyəm. İnsanların mənim xəstəliyimdə heç bir günahı yoxdur. Dəfələrlə bu xəstəlikdən əziyyət çəkən insanlar mənə yazırlar, onlara ürək-dirək verirəm, deyirəm ki, hər şey yaxşı, gözəl olacaq. Mən də bu ümidlə yaşayıram ki, nə vaxtsa birdəfəlik bu xəstəlikdən canım qurtaracaq. Hər dəfə xəstəxanaya gedəndə qızım deyir ki, ana sağalacaqsan? Sənin saçın nə vaxt çıxacaq? Deyirəm ki, vitaminlər qəbul edəcəm, sağalacam. Yaxşı ki, ailəm, həyat yoldaşım mənə dəstəkdir” deyə sənətçi bildirib.

 

Tünzalə Əliyeva yeni işlərindən də danışıb.

“İşimin başındayam. İrəvan Dövlət Azərbaycan Dram teatrında da çalışıram. Yeni-yeni obrazlar axtarşındayam. Serial və film çəkilişlərim olur, “Söhbət var” verilişində obrazla çıxış edirəm. Sonuncu dəfə “Beşbetər” filmində çəkildim, ölkənin bütün kinoteatrlarında nümayiş olundu№ deyə aktrisa bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button