“Cənubi Kuril adaları əzəli Yaponiya torpağıdır və hazırda Rusiyanın işğalı altındadır”

Yaponiya son 20 ildə ilk dəfə olaraq Kuril adaları haqqında dəqiq və kəskin bəyanatla çıxış edib

 

Yaponiya xarici işlər nazirliyi “Diplomatiyanın göy kitabı” adlı diplomatik məlumat kitabçası nəşr edib. Son 19 ildə ilk dəfə olaraq orada göstərilib ki, “Kuril adalarının cənub ərazisi Yaponiyaya məxsusdur və hazırda Rusiyanın işğalı altındadır”. Belə qeyd sənəddə 2003- cü ildən bəri olmayıb.

 

Moderator.az xəbər verir ki, bu barədə İsrailin “9- cu kanal” nəşri məlumat yayıb.

 

“Diplomatiyanın göy kitabı” Yaponiya xarici işlər nazirliyi tərəfindən 1957- ci ildən başlayaraq hər il dərc edilir. Bu sənəd bir növ diplomatik vəziyyət və onun perspektivləri, Yaponiyanın dünyadakı vəziyyəti barəsində məlumat kitabçasıdır.

 

Başqa sözlə desək, “Diplomatiyanın göy kitabı” Yaponiya hökumətinin müxtəlif beynəlxalq məsələlərə rəsmi mövqeyini əks etdirir.

 

2011- ci ildən başlayaraq illik hesabatlarda yazılıb ki, Kuril adalarının cənub hissəsi Yaponiyaya məxsusdur. 2019- cu ildə bu fikir “iki ölkə rəhbərlərinin ərazi mübahisəsi üzərində işi” barədə tezislə əvəz edilib.

 

Sonrakı iki ildə adalara “Yaponiyanın suverenliyi şamil edilir” ifadəsinə dönüblər.

 

Martın əvvəlində Yaponiyanın baş naziri Fumio Kisida Seymdə çıxışı zamanı Kuril adalarının cənub hissəsinin əzəli yapon torpağı olduğunu və hazırda Rusiyanın işğalı altında qaldığını deyib.

 

Bu bəyanat bu məsələdə Yaponiya tərəfindən qarşıdurmanın güclənməsini birbaşa göstərib.

 

Martın 21- də Rusiya Yaponiya ilə sülh müqaviləsi barədə danışıqlardan imtina edib, Yaponiya vətəndaşlarının Cənubi Kuril adalarına vizasiz səfərlərinə qadağa qoyub və Yaponiya ilə bu adalarda birgə təsərrüfat fəaliyyətinin nizama salınması barədə dialoqdan imtina edib. 

 

Bundan başqa, Rusiya Yaponiyanın Qara dəniz İqtisadi Əməkdaşlıq

 

Təşkilatının sektorlar üzrə tərəfdaş statusunun uzadılmasına əngəl törədir.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button