Qazax qaziləri “Keşikçidağ” da keçirilən veloturda iştirak ediblər.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Dəstəyi ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda velotur təşkil olunub. Beynəlxalq arenada, həmçinin ölkədə abidələrin qorunmasını, tanıtımını nəzərdə tutan tarixi abidələr günü ilə bağlı keçirilən yürüşdə 30-a yaxın velosiped həvəskarı iştirak edib. Dövlət məmurları, ictimaiyyət nümayəndələri, həmçinin Vətən Müharibəsində iştirak etmiş qazilər veloturu maraqla izləyiblər. Qoruğun girişindən start götürən veloyürüşçülər 16 kilometr məsafəni qət edərək Məlumat Mərkəzində finiş ediblər.

“Gənc Qazilər” İB-nin Qazax rayon Filialının idarə heyəti təşkil olunmuş tədbirdə iştirak edib.

Veloturun keçirilməsində əsas məqsəd, abidələrin qorunması, onun tarixi əhəmiyyətini ölkə, eləcə də, dünya ictimaiyyətinə çatdırmaqdır.

Qeyd edək ki, VI əsrə aid, hər daşı dərin araşdırmaya ehtiyac duyan “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində 70 mağara, 2 məbəd,100-ə yaxın kurqan tipli qəbir və s. tarixin “bələdçiləri” qorunub saxlanmaqdadır.

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button