Qazilər, qazi Məlikov Savalan Balağa oğlunu ziyarət ediblər.

“Gənc Qazilər” İB-nin Cəlilabad rayon Filialının idarə heyəti, bu gün, 22 aprel Cəlilabad rayon Böyük Bəcravan kənd sakini olan, Qarabağ Vətən müharibəsi qazisi Məlikov Savalan Balağa oğlunu ziyarət ediblər.

Qazi Məlikov Savalan DSX-nın və ÇHD-in mənsubu olub. 9 il Azərbaycan Respublikasının ordusunda xidmət edib. 44 günlük vətən müharibəsində Zəngilan uğrunda gedən döyüşlərdə ağır yaralanıb. İyirmi gün komada, ümumilikdə isə beş ay Hospitalda yatıb.

Bədəninin müxtəlif yerlərində 200-ə yaxın qəlpə var. Sağ qıçı isə bu yaxınlarda ambutasya olunub. İkinci qrup Qarabağ əlilidir.

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button