“Əvvəllər rusların ən böyük arzusu Parisi görüb ölmək idi, indi isə unitazı oğurlayıb ölməkdir…”

“Rusdillilər üçün ən böyük təhlükə Rusiyanın özüdür”

 

 

Zelenski Rusiya ordusunun Ukraynada məqsədlərindən danışıb

 

Ukrayna prezidenti Vladimir Zelenski əmindir ki, Rusiya Ukraynada dayanmayacaq və təcavüzünü davam etdirərək, başqa ölkələri də işğal etməyə cəhd göstərəcək.

 

Moderator.az xəbər verir ki, bu barədə o, aprelin 23- də yeni videomüraciətində bəyan edib.

 

“Bu gün rusiyalı hərbçilərə istinadən belə bir məlumat yayılıb ki, guya, onların vəzifəsi Ukraynanın cənubuna nəzarəti ələ keçirmək və Moldovanın sərhədlərinə çıxmaqdır. Və guya orada, Moldovada, rusdilli əhalinin hüquqları pozulur.

 

Rusiyanın üçün rusdillilərin hüquqları barəsində qayğıya ehtiyacı olan ərazi elə Rusiyanın özüdür. 

Azadlığı, azad seçimi, fərqli fikir söyləməyə hüququ olmayan Rusiyadır. O Rusiya ki, orada səfalət hökm sürür və insan həyatının heç bir dəyəri yoxdur”, – Zelenski deyib.

 

Onun sözlərinə görə, Rusiyada insan həyatının o qədər dəyəri yoxdur ki, rusiyalı vətəndaşlar “bizə gəlir ki, normal həyata nəsə oxşayan bir şey oğurlasın”.

 

“Bilirsiniz, əvvəllər böyük arzudan danışanda Parisi görüb ölmək” deyirdilər. Rusların davranışlarından adam şoka düşür. Çünki onların indi ən böyük arzusu unitazı oğurlayıb ölməkdir”, – Ukrayna prezidenti belə deyib və rusiyalı hərbçilərinin çoxsaylı talanlarından danışıb.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button