“Böyük Zəfərə gedən yol”un müzakirəsi BLMM-in tədbirində

Beynəlxalq Liberal Maarifçilik Mərkəzi İctimai Birliyinin (BLMM) təşkilatçılığı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentiliyinin maliyyə yardımı ilə həyata keçirilən “Böyük Zəfərə gedən yol: milli-mənəvi zənginlik və iqtisadi-siyasi gücün vəhdəti” layihəsi çərçivəsində tədbir keçirilib.

Aprelin 23-də Azərbaycan Dillər Universitetində keçirilən tədbirdə Milli Məclisin üzvləri, vətəndaş cəmiyyətinin nümayəndələri və müxtəlif universitetlərin tələbələri iştirak ediblər.

 

BLMM-in sədri, layihənin rəhbəri Zülfüqar Hüseynzadə tədbirə gələnləri salamlayaraq layihənin məqsədi və görülən işlər barədə məlumat verib.

Bildirib ki, II Qarabağ savaşında qazanılan 8 Noyabr Zəfəri Azərbaycanın tarixində ən mühüm hadisələrdən biridir və öyrənilməsi, araşdırılması, gənc nəslə çatdırılması hər zaman aktualdır. Layihə çərçivəsində 30 məqalə yazılaraq “Moderator.az” saytında yayımlanıb. 

Məqalələrin müəllifi Taleh Şahməmmədli materialların hazırlanması zamanı Böyük Zəfərin əldə edilməsində əsas rol oynayan iqtisadi-siyasi və hərbi inkişafın tarixi proses kimi nəzərə alındığını bildirib. 

Media eksperti Müşfiq Ələsgərli hazırlanan məqalələrin əhəmiyyətindən və Qələbənin təbliğində oynayacağı roldan danışıb.

Sonra tədbirə qatılanlar çıxış ediblər.

Millət vəkili Qüdrət Həsənquliyev belə tədbirlərin əhəmiyyətini vurğulayaraq Vətən Müharibəsində əldə edilən Böyük Qələbənin tarixi iqtisadi-siyasi və hərbi əsaslarından danışıb.

Millət vəkili Fazil Mustafa layihənin əhatə etdiyi milli dəyərlərə diqqəti cəlb edərək bildirib ki, qələbənin əldə edilməsində xalqımızın milli-mənəvi dəyərləri, mənəvi zənginliyi müstəsna rol oynayıb.

 

Milli Məclisin üzvü Mahir Abbaszadə Böyük Qələbəyə gedən yolda Ümimmilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi, iqtisadi və hərbi bünövrənin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və beləliklə Böyük Zəfərin qazanıldığını qeyd edib. 

 

Millət vəkili Etibar Əliyev BLMM-in həyata keçirdiyi layihənin vacibliyini qeyd edərək Qələbənin xalqın, eləcə də gənclərin yaddaşında

möhkəmlənməsində belə tədbirlərin əhəmiyyətini vurğulayıb.

 

Millət vəkili Arzu Nağıyev bildirib ki, Qələbənin qazanılmasında iqtisadi-siyasi və hərbi amillərlə yanaşı, Azərbaycan xalqının milli birliyi və ruh yüksəkliyi də mühüm rol oynayıb.

Tədbirdə iştirak edən Professor Qulu Məhərrəmli, AMEA-nın əməkdaşı, dosent Nardanə Yusifova, Təhsil Cəmiyyəti İdarə Heyətinin üzvü Murad Ağalarov, Vətən Naminə Şəhid Ailələlərinə Dəstək İctimai Birliyi İdarə Heyətinin üzvü Rafiq Xəlil, Vətən Müharibəsi qazisi Xəzər Nəsiblinin anası Gülyanaq Verdiyeva çıxışlarında gənclərin milli-vətənpərvər ruhda böyüməsində belə tədbirlərin və layihələrin xüsusi əhəmiyyətini vurğulayıblar.

 

“Moderator.az”

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button