“Bizim əsirlərin paradını keçirsəniz, bəlaya düşəcəksiniz, özünüzdən küsün…”

Rusiya ukraynalı əsirlərin paradına hazırlaşır…

 

Rusiya 9 mayda işğal etdiyi Ukrayna ərazilərində ukraynalı əsirlərin paradını təşkil etmək niyyətindədir.

 

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç rusiyalı siyasi xadim, hüquqşünas və jurnalist Mark Feyqinə verdiyi müsahibəsində məlumat verib.

 

Bu yaxınlarda üzdəniraq “DXR” və “LXR”  tərəfindən ikinci dünya müharibəsi veteranlarının xatirəsinə həsr ediləcək “Ölməz alay” adı altında aksiya keçiriləcəyi barədə informasiyanı şərh edərkən, Feyqin Moskvanın psevdorespublikalarının bu təşəbbüsünü dəstəkləyəcəyinə şübhə etdiyini deyib.

 

“Moskva çətin ki, buna qərar versin, çünki bu, ağını çıxarmaq olardı”.

 

Arestoviç saxta respublikaların 9 mayda Donetsk və Mariupolda ukraynalı əsirlərin yürüşünü keçirməyi planlaşdırdığı haqqında daha bir informasiyanı bölüşüb.

 

“Əsirləri ələ salmaq artıq hərbi cinayətdir. Bu, Jenevrə konvensiyası və müharibənin bütün qaydalarının ciddi surətdə pozulmasıdır. Lakin Rusiya buna getmək, öz sarsılan nüfuzunu bərpa etmək arzusundadır”, – o, belə deyib və əlavə edib ki, əgər Rusiya hakimiyyəti buna gedərsə, o zaman bunun ciddi fəsadları olacaq.

 

“Hesab edin ki, mən sizə yarımrəsmi olaraq xəbərdarlıq edirəm, – Arestoviç rusiyalılara müraciət edib. – Bəlaya düşəcəksiniz. Bizim əsirlərimizin paradını keçirsəniz, özünüzdən küsün”.

 

Xatırladaq ki, Jenevrə konvensiyaları beynəlxalq hüququn bir hissəsi olaraq humanitar hüququn özəyini təşkil edir, hərbi münaqişələrin aparılmasını nizamlayır və onların nəticələrini məhdudlaşdırmağa səy göstərir.

 

Konvensiyalar o cümlədən hərbi əməliyyatlarda iştirak etməyən insanları (mülki şəxsləri, həkim və tibb bacılarını, humanitar işçiləri) və ya daha iştirak edə bilməyənləri, məsələn, yaralılar və hərbi əsirləri qoruyur.

 

Bundan öncə müşavir bəyan edib ki, Rusiya rəhbərliyi öz vətəndaşlarına Rusiya qoşunlarının Donetsk və Luqanska çıxışını “xüsusi əməliyyat”ın “qələbəsi” kimi sırımaq istəyir.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button