“Bu uşaqlar vələdi zina olacaqlar…”

Bu gün oxudum ki, Azərbaycanda sperma bankı yaradılır və qadınlar evlənmədən ana olmağa qərar verəcək

Bu qərarı verən adamlar humanizm və qadınlara seçim hüququ tanımaq adı altında günah və cinayət ( bacı qardaşın evlənməsi cinayət isə) işləyirlər.

Birincisi, bu uşaqlar vələdi zina olacaqlar. Kəbindən kənar doğulan uşaqlar.

Vələdizinadan bu cəmiyyət nə gözləyir, onu da bilmirəm.

İkincisi, atası, anası bəlli xeyli yetim var. Savab iş görüb, onlara analıq etsinler.

Üçüncüsü, ən qorxulusu, bu uşaqlar gələcəkdə bacı qardaş olaraq evlənəcək, düşünün, necə xəstə millət ə cevriləcəyik

Dördüncüsü, bu işdə böyük pullar qazanmaq istəyənlər, o pullar irin- qan olub həm özünüzün, həm də övladlarınızın burnundan gələcək.

Beşincisi, əminəm ki, nə Prezident, nə də Vitse-prezident bilmir. Amma təcili bilmələri lazımdır.

 

Gülər Əhmədova, Sabiq millət vəkili

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button