“AŞPA-dakı erməni deputatlar Azərbaycanın sülh addımlarının kölgə salmağa çalışırlar”

“Avropa Şurası vaxtında Qarabağda azərbaycanlıların etnik təmizlənməyə məruz qalmasına göz yummasaydı, Avropada bundan sonrakı müharibələr də baş verməzdi”.

 

Bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun bu gün işə başlayan yaz sessiyası zamanı bildirib.

 

Onun sözlərinə görə, Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri qurumun üzvlərini səhv yola çəkirlər: “Ermənistan nümayəndə heyətinin bəzi üzvləri Azərbaycanın sülh naminə atdığı addımların üzərinə kölgə salmağa çalışırlar. Onlar sülhə çalışan ermənilərin arzularına qarşı getməyə cəhd göstərirlər. Ermənistan nümayəndə heyətinin üzvləri azərbaycanlıların Qarabağa, öz doğma dədə-baba yurdlarına bu ərazilərin minalanması səbəbindən qayıda bilməmələrindən danışmırlar”.

 

S.Seyidov deyib ki, Azərbaycan Ermənistanla sülh münasibətlərinin qurulmasına çalışır: “Avropa Şurası yanında komissiya yaradılmalıdır ki, sülhün yaradılmasına yardım etsin. Burada müharibədən çox danışılıb. Artıq Avropa Şurasının əsas dəyərlərinə qayıtmağın vaxtı çatıb”.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button