“Birini məhkəməyə verdim, uddum da, quyruğumu tapdalama, sənin məndə nə işin var..?”

“Teatr mənim ikinci evimdir, müqəddəs ocağımdır. Hətta bunu deyim ki, pandemiya dövründə gəlib teatrın daşını, divarını öpüb getmişəm. Teatrlar açılanda qurban kəsdim. Artıq 20 ildir ki, əməkdar artist fəxri adını daşıyıram. İnşallah ki, xalq artisti fəxri adını da alaram. Hazırda ona doğru gedirəm”.

 

Bunu Moderator.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aparıcı aktrisası, əməkdar artist Mehriban Xanlarova deyib. O daha sonra əlavə edib.

“Çox istərdim ki, ağlını itirmiş, həbsxana həyatı görmüş bir qadın obrazı yaradım. Düşünürəm ki, bu obrazları çox gözəl ifa edərəm. Biz insanların obrazını oynayırıq, bəzən öz həyatımız yadımızdan çıxır. İllər öncə teatrda Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımın obrazını oynamışdım. Böyük səs-küyə səbəb olmuşdu. Bu gün sənət aləmində həm peşəkar, həm də qeyri-peşəkar rejissorlar var. Naşı rejissorlar var ki, mən heç onlarla işləmərəm də. Bildiyim, tanıdığım rejissorların arasında heç vaxt seçim etmirəm, çünki işlərinə bələdəm. Sənət, sənətkarlıq yaşla deyil. Hərdən elə gənc rejissorlar var ki, onların işlərinə heyran qalıram. “Ata ocağı” serialında 2 ildir ki, çəkilirəm. İnsanlar məni bu obraz vasitəsilə yenidən sevdilər. Harada görsələr deyirlər ki, gəlinlə işin olmasın” deyə aktrisa bildirib.

 

Sənətkar illər öncə başına gələn bədbəxt hadisəni də bizimlə bölüşüb.

“Bilirsiniz ki, illər öncə nəvəmin üstünə qaynar su töküldü, ağır yanıq xəsarətləri aldı. Mənim bir həftə gözümə yuxu getmədi. Allah heç kimə bu acını göstərməsin. Körpə uşaqdır da, ağzı yox, dili yox. Ağlaya-ağlaya həkimlərdən imdad istəyirdim. Sağ olsun dostlarım, hamısı yanımda idi. Şok keçirmişdim. Yaxşı ki, qaynar su üzündən, başından tökülməmişdi. İndi şükür sağalıb, amma yenə də qolunda yanıq izi qalıb. Şükür Allaha şikəst qalmadı. O günlər getsin gəlməsin. O qədər xəstəxanada qucağımda yatmışdı ki, evə gələndən 2 ay sonra da qucağımda yatdı. Artıq öyrəşmişdi mənə. Bütün analara, valideynlərə, nənələrə tövsiyyə edirəm ki, uşaqlarını özbaşına buraxmasınlar. Nəvələrimə o qədər bağlıyam ki” deyə Mehriban Xanlarova deyib.

 

Aktrisa daha sonra əlavə edib.

 

“Yalandan deyirlər ki, estetik əməliyyat etdirmişəm. Vallah-billah estetik əməliyyat etdirməmişəm. Kosmetoloqa müraciət edirəm, üzümə vitaminlər vururlar. Kim sübut etsə ki, estetik əməliyyat etdirmişəm, 100 min verəcəyəm. Bir dəfə “Maşın” şoudan sonra birini məhkəməyə verdim. Udmuşdum da. Quyruğumu tapdalama, sənin məndə nə işin var? Sənət aləmində belə şeylər hər zaman olub,  kimisə ayağının altından dartmaq, efirə qoymamaq. Bəzən deyirlər ki, məni filankəslə efirə salma. Mən heç vaxt deməmişəm ki, filankəslə məni niyə efirə dəvət edirsiniz” deyə aktrisa bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button