“Putin hiddət içindədir və daha sülh danışıqlarında maraqlı deyil…”

“Putin yalnız öz generallarına və Rusiya televiziyasına etimad edir, onun müharibəyə baxışı təhrif olunub”

 

Rusiya hakimi Vladimir Putin Ukrayna ilə sülh danışıqlarında daha maraqlı deyil və daha çox Ukrayna ərazilərini tezliklə ələ keçirməyə cəhd edir.

 

Moderator.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri Kremldəki mənbələrə istinadən məlumat yayıb.

 

Məlumata görə, Putin mart ayında Ukraynanın şımalında məğlubiyyətə uğrayandan sonra Kiyevlə sülh sazişinin imzalanmasl imkanını nəzərdən keçirib. Lakin Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiyanın Qara dəniz donanmasının flaqmanı olan “Moskva” kreyserini batırildıqdan sonra Rusiya prezidenti hiddət içindədir və indi hər hansı barışıq sənədlərini imzalamağa qarşıdır.

 

“Sövdələşmə üçün ümid vardı. Putin hey vurnuxurdu. O, bu müharibədən qalib kimi çıxmaq üsulunu tapmaq istəyir. Hazırda sülh sazini bağlamaq onun üçün alçaldıcıdır”, – nəşr mənbələrin birindən iqtibas gətirib. Kreml məmurunun sözlərinə görə, Rusiya prezidentinin müharibəyə baxışı təhrif olunub, bütünlüklə və tamamilə generalların məruzələrinə və Rusiya televiziyasında göstərilənlərə etimad edir. Putin tamamilə əmindir ki, rusiyalı hərbçilər dinc ukraynalıları qətlə yetirmir və yaşayış binalarını dağıtmır, hərbi cinayətlər isə Ukrayna ordusunun əl işidir.

 

Bundan öncə Kiyevin  hakimiyyət orqanları Rusiyaya üç “Mariupol addımı” təklif edib: Mariupolda “Pasxa barışığı” elan edmək; mülki əhali üçün humanitar dəhliz təşkil etmək; hərbi əsirlərin dəyişdirilməsi üçün “danışıqların xüsusi raundunu keçirmək.

Kreml bu təklifə cavab verməyib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button