“Ayağı ağzında olan timsahla necə danışıqlara getmək olar?”

“Rusiya Donbas uğrunda döyüşü udacaqmı?”

 

“NATO silah ötürülməsi yanaşmasına korrektələr etməli və Donbas uğrunda həlledici döyüşdə Rusiyanın qələbəsinə imkan verməmək üçün Ukraynaya yardım etməlidir”

 

Rusiya və Ukrayna əlavə təsir rıçaqları əldə etməyə can atır, ona görə də Donbas uğrunda döyüşün taleyi həll edilməyincə, düşünülmüş sülh danışıqlarını, yəqin ki, gözləmək əbəsdir.

 

Moderator.az xəbər verir ki, bu barədə ABŞ- ın “The National İnterest” nəşri yazıb.

 

Rusiya qoşunları Ukraynanın şərqində hücuma hazırlaşır və, hər iki tərəfin fikrinə görə, münaqişəsinin gedişində həlledici əhəmiyyət kəsb edəcək. Bununla əlaqədar olaraq Avropada 1945- ci ildən bəri ən irimiqyaslı humanitar fəlakətə son qoymaq üçün ciddi sülh danışıqlarının perspektivləri heç vaxt olmadığı kimi dumanlı görünür.

 

Rusiya hərbçiləri Ukrayna münaqişəsinin ikinci mərhələsinin məqsədlərini aydınlaşdırıb. “Xüsusi əməliyyatın iki gün əvvəl başlayan fazasında Rusiya ordusunun əsas vəzifələrindən biri Donbas və Cənubi Ukrayna üzərində tam nəzarəti təmin etməkdən ibarətdir. Bu, Krıma quru yolu təmin etməyə, habelə Ukrayna iqtisadiyyatının mühüm obyektlərinə təsir etməyə imkan verəcək”, – bunu cümə günü Rusiyanın Mərkəzi hərbi dairəsinin komandan müavini general- mayor Rüstəm Minnekayev SİTA informasiya agentliyinə müsahibəsində bəyan edib.

 

Minnekayevin bəyanatı, görünür, Ukrayna və Qərbin Rusiyanın hücumunun Donbasın Rusiya silahlı qüvvələrinin qısa və etibarlı təchizat yolları və ərazi üstünlüyü olan ən şərq rayonları ilə məhdudlaşacağı barədə əvvəlki dəyərləndirmələrə ziddir.

 

Moskvanın cənub- qərbdəki həlledici liman olan Odessanı birbaşa və ya rusiyayönümlü oyuncaq Donetsk və Luqansk xalq respublikaları vasitəsilə nəzarət etmək niyyəti hələlik aydın deyil. Bundan başqa, Kreml artıq Rusiya nəzarətində olan ərazilər barədə öz planlarını hələlik açıqlamayıb. Ukrayna milli təhlükəsizlik və müdafiə Şurasının katibi Aleksey Danilov “Ukrainskaya pravda” nəşrinə cənub Xerson şəhərini nəzərdə tutaraq vəd edib ki, heç bir “Xerson xalq respublikası” olmayacaq. Ola bilsin ki, Kreml onunla hətta razı olsun, Rusiya siyasətçiləri Xersonu referendum nəticəsində Rusiyanın tərkibinə qatmaq, nəticədə Krıma birləşdirmək planlarını cızır.

 

Rusiya XİN- in mətbuat katibi Mariya Zaxarova bəyan edib ki, Moskva Kiyevə aprelin 15- də sülh təklifi verib, amma Ukrayna tərəfindən hələlik cavab yoxdur.

“Rusiya heç vaxt danışıqlara etiraz etməyib, – o, əlavə edib. Zaxarovanın şərhini Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov da dəstəkləyib.

“Hazırda Ukrayna tərəfinə bizim tamamilə dəqiq ifadə edilmiş mövqeyimizi əks etdirən sənəd verilib. Top onların tərəfindədir. Cavab gözləyirik”, – Peskov deyib.

 

Ukrayna prezidentinin müşaviri Mixail Podolyak aprelin 20- də Ukraynanın Rusiyanın təkliflərini aldıqlarını və yaxın günlərdə öyrənəcəklərini təsdiq edib.

 

Baxmayaraq ki, Ukrayna hələlik cavab verməyib, Aleksey Danilov sülh müqaviləsinin perspektivlərini bədbin qiymətləndirib.

“Döyüş əməliyyatları istənilən zaman bərpa edilə bilər. Rusiya Federasiyası ilə hər hansı sülh sazişinə mən inanmıram. Biz öz tariximizdə bununla çox rastlaşmışıq. Belə sazişlər daima pozulub”, – o, jurnalistlərə deyib.

 

Böyük Britaniyanın baş naziri Borus Conson bu həftə xəbərdarlıq edib ki, Rusiya prezidenti Putinin vicdansızlığı ucbatından Rusiya ilə Ukrayna arasında sülh danışıqları iflasa məhkumdur.

“Təsəvvür etmək çətindir ki, ukraynalılar hazırda Putinlə onun tərbiyəsizliyi səbəbindən necə danışıqlar apara bilər”, – o, jurnalistlərə deyib. – Ayağı ağzında olan timsahla necə danışıq aparmaq olar ki?  Ukraynalılar məhz belə çətinliklərlə üz-  üzə qalıb. Biz öz strategiyamıza uyğun hərəkət etməli və onları silahla təchiz etməliyik”.

 

Həm Moskva, həm də Kiyev Donbasda və ölkənin cənubundakı döyüşləri münaqişənin nəticəsi üçün həlledici hesab edir.

 

“Donbas uğrunda döyüş bizim üçün çox vacibdir. Bunun bir neçə səbəbi var, ilk növbədə təhlükəsizlik mülahizələrinə görə. Bizim Donbasdakı qruplaşmamız ən yaxşı hərbçilərimizdən ibarətdir. Bu, böyük qruplaşmadır və Rusiya onu mühasirəyə alıb məhv etmək istəyir”, – Ukrayna prezidenti bəyan edib və əlavə edib ki, gələcək döyüşlər qarşıdurmanın gedişini müəyyən edəcək.

 

Əgər Ukrayna Donbasda Rusiya qüvvələrini böyük məğlubiyyətə uğratsa, Kremlin döyüş əməliyyatlarını davam etdirmək imkanları kəskin surətdə məhdudlaşacaq. Rusiyanın Donbasda potensial uğursuzluqları hərbi müdaxilənin ilkin iki məqsədinə- rejimin dəyişdirilməsinə və Ukrayna hərbi potensialının permanent deqradasiyasına fəlakətli nüvə eskalasiyasız praktiki olaraq nail olunmayacaq.

 

Lakin Rusiya hərçiləri Ukraynanın şərq qoşunlarını uğurla təcrid edərək məhv edərsə, Moskva Ukraynanın təlim keçmiş bölmələrinin xeyli hissəsini neytrallaşdıra biləcək. Ehyiyatda olan polkovnik- leytenant və “Defence Priorities”- in baş elmi işçisi Daniel Devis qeyd edib ki, ruslara Donbas üzərində nəzarəti möhkəmləndirməyə və Ukraynanın ikinci böyük şəhəri olan Xarkovu mühasirəyə almağa heç nə mane olmayacaq. Donbasda həlledici qələbə Rusiya qoşunlarına Odessa istiqamətində əlverişli mövqeyi və nəticədə Kiyev vilayətini qaytarmağı təmin edəcək.

 

Kremlin döyüş əməliyyatlarının qrafiki daxili mülahizələrə görə vacib hesab edilir. Qərb hərbi məmurlar güman edir ki, Moskva ikinci dünya müharibəsində nasist Almaniya üzərində qələbənin qeyd edildiyi 9 mayadək döyüş meydanında böyük qələbələr qazanmağa tələsir.

 

Hər iki tərəf əlavə təsir rıçaqlarını əldə etməyə can atır, ona görə də Donbas uğrunda döyüşün taleyi həll edilməyincə, düşünülmüş sülh danışıqlarını gözləmək əbəsdir.

 

Cümə günü Boris Conson Qərbi yerlərdəki vəziyyəti “gözlənilməz” adlandıraraq, Rusiyanın qalib gələ biləcəyi “gerçək imkanına” hazırlaşmağa çağırış edib. Ukraynada iki aydır döyüş əməliyyatları aparılır, lakin Conson Qərb liderləri arasında ilk dəfə olaraq açıq şəkildə etiraf edib ki, Rusiya qalib gələ bilər.

 

Kreml yaxın həftələrdə Ukraynanın şərq regionlarında döyüş meydanında xeyli uğurlar qazana biləcək ehtimalını nəzərə alsaq, NATO- nun əsas üzvləri özünün misli görünməmiş silah ötürməsindən ibarət olan yanaşmasında korrektələr etməyə və imkan daxilində  Rusiya qoşunlarına üstün gəlmək üçün Ukraynaya yardım etməyə cəhd göstərəcəkmi?

 

Müəllif: Mark Episkopos

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button