“Nüvə savaşı başlasa, Çin və Hindistan kimin tərəfində olacaq?”-Tofiq Zülfüqarov…

“Mən bu savaşın nüvə müharibəsi səviyyəsinə gəlib çatmayacağına ümid edirəm…”

 

Xəbər verildiyi kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən “Birinci Kanal”ın efirində “nüvə müharibəsi təhlükəsinin ciddi və real” olduğunu bildirib. Düzdür, bunu  Ukrayna və Qərbə davamlı siyasi təhdid kimi də qəbul etmək olar. Amma hər halda hazırkı Kreml rəhbərliyindən hər cür addım gözləmək mümkündür…

 

Bəs görəsən,  Allah eləməmiş, Putin nüvə düyməsinə basarsa, mövcud nüvə dövlətləri hansı cəbhələrə bölünəcək? Rusiyanın tərəfində kimlər olacaq?  Deyək ki, on illərdir ki, ABŞ-a meydan oxuyan Şimali Koreya Rusiya tərəfində oldu, bəs Çin və Hindistan hansı mövqeyi tutacaq?..

 

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında ölkəmizin sabiq baş diplomatı Tofiq Zülfüqarov bunları söyləyib:

 

“Mən ümumiyyətlə, inanmıram ki, Rusiya tərəfində kimlərsə olacaq. Çinin və Hindistanın da belə bir mövqe tutacağını güman etmirəm. Şimali Koreya rəhbərliyinin siyasi davranışını isə ciddi qəbul etmək, proqnozlaşdırmaq mümkün deyil. Amma hazırkı qarşıdurma fonunda digər  bir məsələ ortaya çıxır. Bəllidir ki, bir çox ölkələr narahatdırlar ki, Rusiya-Qərb qarşıdurması Avropa qitəsində – Ukrayna ərazisində baş verir.  Və bunun da çox ciddi humanitar fəsadları var və həmin fəsadların daha da kəskinləşəcəyi gözlənilir. Hesab edirəm ki, hazırda dünyadakı əsas real narahatçılıq bundan ibarətdir. Amma təəssüf ki, sözügedən qarşıdurmanın davam etməsini istəyən qüvvələr də var. Bununla belə, mən bu savaşın nüvə müharibəsi səviyyəsinə gəlib çatmayacağına ümid edirəm…”

 

Sultan Laçın  

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button