Rusiyanın neçə raketi qaldı? – “Tükənirlər, amma…”-Ukrayna MN rəsmisi

Fevralın 24-dən bəri Ukraynaya 1300-ə yaxın raket atılıb və  təxminən eyni sayda raket Rusiya Federasiyasının xidmətindədir.

 

Moderator.az xəbər verir ki, bu barədə milli marafonun efirində Ukrayna müdafiə nazirinin müavini Anna Malyar danışıb.

 

“Bizim məlumatlara görə, Ukrayna ərazisində  fevralın 24-dən aktiv istifadə etdikləri müddətdə onların ehtiyatları iki dəfədən çox azalıb. Təxminən 1300-dən çox raket atılıb,  təqribən eyni sayda da qalır. Bunlar hava, dəniz və quru əsaslı raketlərdir”- deyə Ukrayna MN rəsmisi bildirib.

 

Onun sözlərinə görə, rusiyalılar raketlər üçün komponentləri başqa ölkələrdən idxal etdiyindən sanksiyalara görə ehtiyatlarını tez doldura bilməyəcəklər. Bununla belə, qalan raketlər müharibənin daha bir neçə ayına kifayət edəcək.

 

“Onlar raketlər və şəxsi heyət baxımından tükənib, lakin ciddi ziyan vurmaq üçün hələ də kifayət qədər raketlər var, bu, bir neçə ay üçün kifayətdir”, – deyə Malyar vurğulayıb.

 

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button