“Adam ağzını aça bilmir, o dəqiqə başlayırlar yozmağa, mən heç Hüseyni tanımıram…”

“İyun ayının 1-də Heydər Əliyev adına sarayda “Ürəklə sizinlə” adlı konsert proqramı ilə sevənlərimin görüşünə gələcəyəm. Əslində bu konsert proqramı 2019-cu ilin may ayında baş tutmalı idi, pandemiya səbəbindən gecikdi. İndi artıq o gecikmiş arzum həyata keçmək üzrədir. Mən hal-hazırda Bakıda deyiləm, amma konsertə hazırlıqlar davam edir, musiqiçilər məşq edirlər. Konser proqramımda “Səs Azərbaycan” yarışmasındakı tələbələrimi də unutmamışam. Necə ki, onlara söz vermişəm, hər işlərimdə də mütləq mənimlə birlikdə olacaqlar. Təbii ki, konsertdə sürprizlər də olacaq”.

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Brilliant Dadaşova bildirib. O daha sonra əlavə edib.

“Biz başqa ölkənin mədəniyyətini təmsil etsək, bəs bizimkini kim təmsil edəcək? “Səs Azərbaycan” yarışmasında Murad Arifə də demişdim ki, bu “Səs Azərbaycandır” da, yoxsa?! Çünki hamı gəlib inglis dilində oxuyurdu. Mən əleyhinə deyiləm, xarici mahnı oxusunlar, amma hamı yox da! Biz özümüzü də təmsil etməliyik. Hətta uşaqlara demişdim ki, xarici musiqi oxuyursunuzsa əvvəl onun klassikasını öyrənin, siz öyrənmirsiniz, o dəqiqə roka keçirsiniz! Bu cür istedadlı uşaqların çoxu heç bizim mahnılarımızı eşitməyiblər, bilmirlər. Çox acınacaqlıdır! Biz uzun illər əsarətdə olmuşuq, amma yenə də Şövkət Ələkbərovamız, Rəşid Behbudovumuz bizim musiqimizi təmsil ediblər. İndi azad və müstəqil ölkəyik, amma başqalarının mədəniyyətini təmsil edirik! Olar əlbəttə! Mən özüm də rus, inglis, fars, türk dillərində mahnılar oxumuşam, amma öz mahnılarımızdan da imtina etməmişəm. Biz öz mahnılarımızı təmsil etməsək, fransız, rus, türk gəlib bizim mahnıları təmsil etməyəcək ki!” deyə sənətkar bildirib.

Xalq artisti bir müddət əvvəl sosial şəbəkə və saytlarda “Brillant Dadaşova bloger Hüseynə söz atdı” başlığı ilə paylaşılan xəbərlərə də Moderator.az vasitəsilə özəl münasibət bildirib.

 

“Mən sadəcə demişəm ki, konsertimizdə heç bir hədiyyə paylanmayacaq, hədiyyəmiz yalnız musiqidir. Mən heç Hüseyni tanımıram, o ki, qalsın ona söz atım. Oğlandan ayıbdır, biyabırçılıqdır, o da fikirləşər ki, bu mənə niyə söz atır? Bir də mən heç kimə söz atmıram, lazım gələndə həmin şəxsin üzünə deyə bilirəm. Mən bu sözü ona görə demişəm ki, bizdə bəzi sənətçilərin konsertlərində lotoreyalar oynanılıb, hədiyyələr paylanılıb, mən də ona görə demişəm ki, bizim konsertdə hədiyyə paylanmayacaq. Adam ağzını açıb normal söz deyə bilmir, o dəqiqə başlayırlar yozmağa” deyə sənətkar bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button