“Paşinyan Rusiya üçün hələ bütün planları yerinə yetirməyib, bir çox işlər yarımçıqdır…”

Tanılnmış siyasi analitik, ermənişünas alim, professor Qafar Çaxmaqlı Ermənistanda son günlər yaşananları Moderator.az-a şərh edib:

 

“Paşinyanın necə bir oyunbaz olduğunu artıq biz biz bilirik. İlk növbədə o, Ermənistanın içərisində bu oyunları ustalıqla tətbiq edir və onun öldürüləcəyi ilə bağlı informasiyalar dövriyyəyə buraxaraq həm daxildə, həm də xaricdə özünü dəyərə mindirir. Daha öncələr açıqlamalarımızın birində qeyd etmişdik ki, Ermənistanda terroru bir ölkə həyata keçirə bilər, o da Rusiyadır. 1999-cu ildə də belə olmuşdu və hələ də bu terrorun əsl sifarişçisi ortada yoxdur. İndi də Rusiya istəsə bunu edər. Demək Paşinyan Rusiya üçün hələ bütün planları yerinə yetirməyib, bir çox işlər yarımçıqdır. Rusiya onun haqqında qərarı bütün planlarını gerçəkləşdirəndən sonra verəcək. Ermənistanda küçə müxalifətinin fəallaşması da yenə Paşinyanın tapşırıqlardan sapmasına görədir. Qərbin bu işlərdə yalnız seyrçi mövqeyi var. Qərb aktivləşmək istəsə də Rusiyanın Koçaryan, Vanetsyan, Sarkisyan kimi agentləri bu istəkləri zəiflədə bilirlər. Baxın, mitinqləri başladan əslində Rusiyaya qarşı olan qüvvələr- Milli Demokratik Qütb idi, indi təşəbbüs Rusiya meyllilərə keçmiş durumdadır. Küçələrdəki bu qarışıqlıq hesab edirəm ki, davam edəcək, bundan sonra Ermənistan adlı dövlətdə sabitliyə nail olmaq çətindi. Bu isə Azərbaycan olaraq heç də bizim xeyrimizə deyil. Ermənistan, onun rəhbərliyi əslində nəzərdə tutulan sülh prosesini, komunikasiya xətlərinin açılmasını, Rusiyanın nəzarət bölgəsindən erməni silahlı birləşmələrini çıxarmağı min bəhanələrlə gecikdirmək istəyir. Ermənistandakı iç qarğaşa buna zəmin yaradır.

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button