“Əsəbdən cin atına minən Hacı Mazan Ağadadaş Ağayevə elə bir sillə vurdu ki…”

SƏHV DÜŞƏNDƏ YERİMİZ

 

Bu ğün mən “Moderator.az” saytında Ağadadaş Ağayevin Azərbaycan muğamı haqqındakı fikirlərini oxudum. Oxucudan çox  xahiş edirəm ki, mənim təqdimatımla tanış olmamışdan əvvəl A. Ağayevin 28 aprel 2022 tarixdə Moderator.az saytındakı fikirləri ilə tanış olsun kı, mənim yazdıqlarımı təəccüblə qəbul etməsin.

Ağadadaş müəllim yazır ki, guya Azərbaycan muğam sənətinin inkişafında  Ü. Hacıbəyov, C. Qaryağdloğlu və başqaları ciddi qüsurlara yol vermişlər.  Hətta Qarabaq muğam məktəbinin ən mahir ustadlarından Arif Babayev, Nəzakət Məmmədovanin da muğam sənətini yaxşı bilmədiklərini vurğulayır  və  hətta A Babayevin bu mövzu ilə əlaqədar ona zəng edərək telefonda üzr istədiyini   deyir. Hörmətli Ağadadaş müəllim, mən bu məqaləni yazmaya da bilərdim, əgər bir  hadisənin şahidi olmasa idim… .

 

Mənə elə gəlir ki, siz  özünüzü çox  şişirdərək,  özünüzü muğamatın bilicisi kimi göstərməyə cəhd edirsiniz.  Şəxsiyyəti  sıfıra bərabər olan şəxs  Dahi insanlar haqqında fikir söyləməyə cəsarət etməməlıdir!

 

Ü. Hacıbəyov  Azərbaycan musiqisinin allahı,  C. Qaryağdıoğlu isə Azərbaycan muğamının peyğəmbəridir.  Siz isə,özünüz, adi bir kənd mollası səviyyəsində olan  mahnı ifaçısısınız. Hətta, sizə muğam ustası demək belə, günahdır. Siz bilməlisiniz ki, indiyənəcən bütün Azərbaycan xalqı  U. Hacıbəyovun bəstələdiyi dövlət himninin sədaları  altında  ayağa qalxıb oturmuşdur bə bu indən  belə də bu qaydada davam edəcəkdir. 

U. Hacıbəyov  yeganə  şəxsiyyətdir ki, bütün   müsəlman  dünyasında  ilk olaraq opera bəstələmişdir.

 

İndi məqaləni yazmağa məni təhrik edən səbəbi oxucuya bildirmək istəyirəm.  

 

Təxminən 12 il bundan  əvvəl  əslən Masallı rayonundan olan Hacı Mazan  adlı bir şəxs  məni  oğlunun  toyunda iştirak etmək  üçün Bakı şəhərində yerləşən “Xarı bülbül”  restoranına dəvət  etmişdi. Axşam saat  səkkiz olmasına baxmayaraq, toy məclisində musiqi səslənmirdi. Səbəbi də bu idi ki,  toyun əsas aparıcısı olan A. Ağayevdən  səs – səmir yox idi, hələ də toy yerinə  gəlib çıxmamışdı.

 

Toy sahibi də çox böyük əsəb sarsıntısı keçirirdi ki, toyun əsas aparıcısı ləngimişdi.

 Mən bir neçə nəfərlə foyedə söhbət edərək, siqaret çəkirdim. Hacı Mazan, yəni toy sahibi o qədər əsəbi idi ki, yaxınları onu sakitləşdirirdi ki, darıxma hardasa, indilərdə gəlib çıxar.

 

Elə bu vaxt müğənni Ağadadaş Ağayev gülə- gülə foyeyə daxil oldu. Əsəbdən cin atına minən Hacı Mazansa bu an özünü saxlaya bilməyib  A. Ağayevə elə sillə vurdu, elə təhqir elədi ki, bunu sözlə ifadə etmək çox çətindir. Səhv etmirəmsə, hələ arxasından da bir təpik vurdular.

Sözün düzü, mənə elə gəldi ki, yəqin bu toy  baş tutmayacaq və  A.Ağayev acığa düşərək, toyda iştirak etməyəcək, toyu tərk edəcək. 

Ancaq hər şey mən fikirləşdiyimin əksinə oldu. A.Ağayev əsas zala keçdi  qonaqları salamladı və heç nə olmamış kimi  başladı vur çatlasın– çal oynasına… .

Sözün açığı matım – qutum qurumuşdu, hələ o zaman oradaca fikirləşdim ki,  A. Ağayevdə müğənnilikdən daha  çox artistlik sənəti   yaxşı inkişaf etmişimiş. 

Oxuculardan çox üzr diləyərək, bir haşiyəyə çixmaq istərdim. İkinci dünya müharibəsi  zamanı günlərin bir gündə  müharibəyə göndərmək üçün əlsiz -ayaqsız bir nəfəri komisarlığa    gətiriblərmiş. Oradada baməzə bir adam olur, bu mənzərəyə baxaraq ,deyir ki, başına daş, ay Hitler, gör üstünə kim gəlir?!

 Bu gün isə mən fikirləşirəm ki, dağıl ay dünya, Cabbar əmi, gör üstünə kim gəlir!

Mən bu yazımı tamamlayıram. Ancaq bundan əvvəl Ağadadaş müəllimə məsləhət bilirəm ki. birincisi– Azərbaycanda muğamı muğam edən dahi bəstəkarımız Ü. Hacıbəyov olmuşdur.

İkincisi-bir də heç yerdə  “A . Babayev” məndən üzr istədi kəlməsini işlətməsin.

Üçüncüsü Ağadadaş Ağayev bilsin ki, o, sadəcə olaraq, adi mahnı ifaçısıdır. Onun muğamatın dərinliyindən xəbəri yoxdur.

Dördüncüsü-İnsanın şəxsiyyəti onun  çalışdığı sahəni tamamlaya bilmirsə, susmağı daha vacibdir.

 

Ağdam rayonu, Nizami Mirqasımlı, Sabiq icra başçısı

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button