“Heç vaxt bizimlə bağlı heç kim irad bildirib deyə bilməz ki, hansısa janrı diqqətdə saxlamırıq…”

“Ümumiyyətlə, elə radiolar var ki, onlar milli musiqiyə daha çox diqqət ayırırlar. Həmçinin biz də. Hələ 2004-cü ildən milli musiqiyə, muğama Azad Azərbaycan radiosunda mən işləyəndə üstünlük verirdik”

 

Bunu Moderator.az-a açıqlamasında “ASAN RADİO”nun direktoru Emin Musəvi deyib. E.Musəvi hazırda rəhbəri olduğu radioda da milli musiqilərimizə üstünlük verdiklərini bildirib:

 

“İndi “ASAN RADİO” da ilk gündən milli formatlı radiodur. Bizdə milli musiqi çoxdur. Amma başa düşmək lazımdır ki, radiolar bölünür. Bir var musiqili radio, bir də var xəbər radiosu. Bizim radioda maarifləndirici məlumatlar daha çoxdur. Məsələn, dövlət xidmətləri, faydalı məlumatlar və xəbərlərdir. Biz bu istiqamətdə liderik. Yayımladığımız musiqi də ancaq milli musiqidir. Biz muğam, xalq mahnıları və müxtəlif mahnılar veririk. Heç vaxt bizimlə bağlı heç kim irad bildirib deyə bilməz ki, hansısa janrı diqqətdə saxlamırıq. Sənətkarlar keyfiyyətli bir səs yazısı yaradanda biz özümüz maraqlıyıq ki, onu verək ki, insanlar dinləsin. Bizim mövqeyimiz belədir”.

 

Qeyd edək ki, tanınmış gitara ifaçısı Rəhman Məmmədli radio rəhbərlərimizə müraciət edərək bildirib ki, muğamımıza və xalq mahnılarımıza üstünlük versinlər. 

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button