Lavrov və Mirzoyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın yaradılmasını müzakirə edib

Nazirlər həmçinin regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması üçün layihə fəaliyyətlərinə toxunublar.

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan telefonla Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın fəaliyyətə başlamasını müzakirə ediblər.

 

“Regional kontekstdə Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın fəaliyyətə başlaması, regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması üçün layihə fəaliyyətləri müzakirə edilib”, – nazirliyin saytında belə deyilir.

 

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Tərəflər, həmçinin, Moskva və İrəvan arasında ümumi Avrasiya inteqrasiya strukturları çərçivəsində, o cümlədən Ermənistanın KTMT-də sədrliyi fonunda, eləcə də beynəlxalq platformalarda yüksək səviyyəli qarşılıqlı fəaliyyəti müzakirə ediblər.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button