H.Əliyev demişdi ki, Kirovun heykəli yerində “azadlıq, istiqlal abidə kompleksi ucaldılmalıdır…”

“…Bununla H.Əliyev ölkədəki yüz minlərlə istiqlalçının arzusunu yerinə yetirmiş oldu… Bu addım xeyli yaltaq və məddaha da zərbə idi…”

 

“S.M. Kirov dövrü qurtardı… Arzumuz çin edildi. S.M. Kirovun yerində İSTİQLAL kompleksi olacaq. İSTİQLAL məfkurəsi İMPERİYA məfkurəsini uddu…”

 

Rəhmətlik milli qeyrətli həmkarımız və  1990-cı illərin ortaları 2000-ci illərin əvvəlində özünəməxsus siyasi mövqeyi ilə seçilən müxalif siyasətşi Qeyrət Quliyevin Rusiya işğalı, 28 aprel “inqilabı” haqdakı yazılarını araşdırarkən onun bir məqaləsi mərhum eks-prezident Heydər Əliyevin çox tarixi və maraqlı bir çıxışını xatırlatdı. Söhbət 18 aprel 1998-ci ildə sabiq dövlət başçısının 1920-ci illərdə Azərbaycanın işğalında və Rusiya müstəmləkəçiliyinə qarşı üsyanların yatırılmasında öz bədnam rolunu oynamış S.M.Kirovun Bakının Dağüstü parkındakı heykəlinin yerində irəli sürdüyü diqqətəlayiq ideyadan gedir. 

 

Vaxtilə Müstəqil Siyasətçilər Hərəkatının lideri olmuş Qeyrət Quliyev özünün “Meqapolis-reklam” qəzetində(22-28 aprel 1998-ci il) yazdığı “S.M. Kirov dövrü qurtardı…” başlıqlı məqaləsində eks-prezidentin bəhs edilən çıxışı haqda bunları qələmə alıb:

 

“Dövlət başçısı daha bir ciddi gediş etdi. Vaxtı ilə adı yazıya çıxarılanın(Kirov nəzərdə tutulur-S.L.) Bakıya və dolayısıyla Azərbaycana meydan oxuduğu yerə qalxan  Heydər Əliyev “Burada da Azərbaycanın istiqlaliyyətini təmsil edən və onu əbədiləşdirən xatirə kompleksinin olması zəruridir. Bu yerdə başqa şey olmaz və buranı boş qoymaq olmaz” -dedi.

Tərəfsiz və qərəzsiz olaraq  qeyd edək ki, bununla H.Əliyev ölkədəki yüz minlərlə istiqlalçının arzusunu yerinə yetirmiş oldu. H.Əliyev bu komplekslə də tarixdə qalacaq. Bu addım xeyli yaltaq və məddaha da zərbə idi. Onlar S.M. Kirovun yerinə H. Əliyevin heykəlini qoymaq istəyirdilər.  Həm də bəzi dairələrin ucuz siyasi alver etdiyi bu mövzu onların əlindən alınmış oldu. Şəhidlik olmasa, İSTİQLAL olmaz. Arzumuz çin edildi. S.M. Kirovun yerində İSTİQLAL kompleksi olacaq. İSTİQLAL məfkurəsi İMPERİYA məfkurəsini uddu”. 

 

Araşdırmamızdan bəlli oldu ki, Heydər Əliyev 1998-ci il aprelin 18-də Şəhidlər Xiyabanı və Dağüstü parkı ziyarət edib. Şəhidlərin xatirəsinə ucaldılacaq abidə yerində abidə kompleksinin müəllifləri ilə söhbətindən sonra sabiq dövlət başçısı Dağüstü parkda sovet dövründə S.M.Kirovun heykəli olmuş məkana da gedərək orada bu sözləri deyib:

 

“Dağüstü parkda istiqlal rəmzi daşıyan, Azərbaycanın istiqlaliyyətinə həsr edilən bir abidə yaratmaq olar. Burada azadlıq, istiqlal abidəsi kompleksi ucaldılmalıdır. Bu işə arxitektorlar, mütəxəssislər dəvət etmək lazımdır. Bunu da yenə əzəmətli etmək lazımdır, sadə etmək lazımdır. Görürsünüz, Parisdəki Bastiliya abidəsinin planı çox sadədir. Burada da Azərbaycanın istiqlaliyyətini təmsil edən və onu əbədiləşdirən xatirə kompleksinin olması zəruridir. Bu yerdə başqa şey olmaz və buranı boş qoymaq olmaz. Vaxtilə burada başqa şey olubdur. Ona görə də elə istiqlal abidəsinin əsl yeri buradır. Bu barədə fikirləşin və tədbirlər planını hazırlayıb mənə təqdim edin”(bax:

 

Təəssüf ki, Heydər Əliyevin bəhs edilən çıxışından sonrakı illərdə bu məsələ nədənsə unudulub… Amma eks-prezidentin sözügedən vacib ideyasını indi də həyata keçirmək gec deyil…

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button