“Yaxın olduğum insanlar məni heç vaxt qoymur darıxmağa…”

“Ramazan bayramı münasibətilə xalqımızı təbrik edirəm. Bu ay mənim üçün çox yaxşı oldu. Balalarımla, əzizlərimlə bu bayramımızı keçirdik. İndi Gövhər xanım Rzayeva da yanımdadır”

 

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Firuzə İbadova deyib. Müğənni Ramazan bayramında bir rahatlıq tapdığını deyib:

 

“İnsanların hamısına hörmətim var, dostlarım çox azdır. Amma yaxın olduğum insanlar məni heç vaxt qoymur darıxmağa. İftar süfrəsinə qatıldıq. Özümüzə də qismət oldu iftar süfrəsi verdik. Ona görə çox xoşbəxtəm. Orucluq ayında insan ruhən təmizlənir, paklaşır. Mən xalqımı ürəkdən təbrik edirəm. Arzu edirəm ki, ölkəmizdə həmişə əmin-amanlıq olsun. Ölkəmiz bir daha müharibə görməsin, şəhidlərimiz olmasın. Həmişə bir-birimizə can deyib, can eşidək”.

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button