Amerikanın “F-35” qırıcıları Ukrayna ilə həmsərhəd əraziyə gətirildi…

ABŞ-ın “Stryker” batalyonu və bir “F-35” qırıcı dəstəsi Rumıniyaya gətirilib.

 

Moderator.az xəbər verir ki, Ukrayna mediasının yazdığına görə, bu barədə Rumıniya prezidenti Klaus İohannis məlumat verib.

 

“Gərginliyin artması və Rusiyanın Ukrayna yaxınlığında və Qara dəniz regionunda hərbi mövcudluğunun kütləvi şəkildə güclənməsi beynəlxalq təhlükəsizliyə və sabitliyə, xüsusən də Qara dənizdə Avropa və regional təhlükəsizliyə təsir edir ki, bu da bizə Rumıniyanın dayanıqlığını gücləndirməyə imkan verəcək”- prezident İohannisin ölkə parlamentinə yazdığı məktubda belə deyilir. 

 

Dövlət başçısının sözlərinə görə, “bu mühüm töhfə NATO-nun şərq cinahında çəkindirmə və müdafiəni gücləndirmək səyləri kontekstində Rumıniyanın müttəfiqi və əsas strateji tərəfdaşı kimi ABŞ-ın həmrəyliyinin birmənalı təzahürüdür”.

 

Qeyd edək ki, Rumıniya Ukrayna ilə həmsərhəd ölkədir…

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button