“Ermənilər anlamalıdır ki, artıq bu mövzu bitib”

Cənab Prezident ADA Universitetində təşkil edilən forumda İkinci Qarabağ müharibəsindən sonra reallıqlara qiymət verdi. O reallıqlar içərisində təbii ki, bu ərazilərin Ermənistan tərəfindən vandalizm siyasətinə məruz qalması diqqətə çatdırıldı. Eyni zamanda, müharibə dövründə Azərbaycanın ləyaqətli müharibə aparması, müharibədən sonrakı dövrdə isə Azərbaycan dövlətinin bu ərazilərdə dinc, quruculuq, bərpa proseslərini həyata keçirməsi, işğaldan azad olunan ərazilərdə iqtisadiyyatı dirçəltmək, bu ərazilərdə yaşayış məntəqələri salaraq məcburi köçkün düşmüş insanların geri qayıtmasıyla bağlı Azərbaycan dövlətinin hədəflərini müəyyənləşdirdi. 

 

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Mahir Abbaszadə bildirib:

 

“Eyni zamanda, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin gələcəyi ilə də bağlı mesajlarını verdi. Təbii ki, həmin mesajlar içərisində bu gün orda yaşayan ermənilərin Azərbaycan vətəndaşları olduğunu və gələcəkdə bu vətəndaşlıqla bağlı digər prosedurlar həyata keçirildikdən sonra Azərbaycanın qanunlarına tabe olan, konstitusiyasını qəbul edən ermənilərin Qarabağda yaşamaqla bağlı heç bir problemi olmadığını ortaya qoydu. 

 

Azərbaycan tolerant dövlətdir, çoxmillətli respublikadır, burada çox millətlər yaşayır və hər millətin də özünə həm etnik və eyni zamanda, dini mənsubiyyətinə görə çox hörmətlə yanaşılır. Digər tərəfdən Cənab Prezident səsləndirdi ki, Azərbaycanda Qarabağda yaşayan ermənilərdən başqa ölkənin müxtəlif yerlərində, əsasən də Bakıda otuz minə yaxın erməni yaşayır və bu ermənilər kifayət qədər Azərbaycanda hörmətlə qarşılanır, onlar Azərbaycan Respublikasının vətəndaşlarıdır, ölkəmizin iqtisadi imkanlarından onlar da istifadə etməkdədir. 

 

Mənə elə gəlir ki, biz Ermənistanla sülh müqaviləsi imzaladıqdan, sərhədlərin delimitasiya və demarkasiyasını həyata keçirdikdən sonra Qarabağda yaşayan ermənilərlə bağlı möhtərəm Cənab Prezidentin forumda səsləndərdiyi fikirlər həyatda öz əksini tapacaqdır, çünki bu Azərbaycan dövlətinin mövqeyini ifadə edir. Ermənilər də təbii ki, Azərbaycan Respublikasının Cənubi Qafqazda yaratdığı bu reallıqları normal başa düşməlidir, anlamalıdır ki, artıq müharibə erası, Dağlıq Qarabağ mövzusu bitib. Bir Qarabağ bölgəsi var və bu bölgə Azərbaycanın tarixi və hüquqi ərazisidir, təbii ki, bu ərazilərdə də Azərbaycan Respublikasının qanunları və konstitutsiyası işləməlidir. O nöqteyi-nəzərdən bu ərazilərdə yaşayan, milliyyətindən asılı olmayaraq insanlar da Azərbaycan konstitutsiyasıyla idarə olunmalıdır. Mənə elə gəlir ki, Cənab Prezidentin forumda səsləndirdiyi fikirlər bu forumda dünyanın beyin mərkəzlərini təmsil edən insanlar tərəfindən də anlayışla anlaşıldı və onlar da öz gələcək fəaliyyətlərində, öz ərazilərində olan hadisələrdə, mətbuat bağlı olan mövzularda da bu məsələləri işıqlandıracaq və bu Qarabağın və Şərqi Zəngəzurun birgə yaşamaqla bağlı ümidlərini daha da artıracaq”.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button