“Rusiyanın öz qınına sıxılması prosesi gedir…”

“Ruslar dünyanı necə qarışdırırlarsa, Cənubi Qafqazı da o cür qarışdırırlar. Yəni bu gün Ermənistanda baş verən hadisələrin hamısının ilhamvericisi, hərəkətverici qüvvəsi Rusiya Mərkəzi Kəşfiyyat İdarəsinin adamlarıdır və Ermənistandakı Gümrü bazasında olan Rusiya silahlı qüvvələrin nümayəndələridir. Bir sözlə, Moskvada Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasına dair hökm veriblər və bu hökmün icrasını da başda Qarabağ klanı Serj Sarkisyan və Robert Köçəryan olmaqla, daşnaksütyun kimi destruktiv elementlərə tapşırıblar”

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Politoloq Paşinyana qarşı planların baş tutmayacağını bildirib:

 

“Amma məncə bu planlar baş tutmayacaq. Çünki artıq Amerika proseslərə əl qoyub. Amerika Rusiyanın bölgədəki pozuculuq hərəkətlərini diqqətlə izləyir. Təcili olaraq Ermənistanın xarici işlər naziri Mirzoyan Vaşinqtona çağırılıb. Bölgədə sülh yaratma prosesinə, həm də bütövlükdə Rusiyanın desktruktiv qüvvələrinə qarşı mübarizə aparmaq üçün müəyyən xəttlər müəyyənləşdirilib. 

 

Nikol Paşinyanın hakimiyyəti destruktiv qüvvələrə qarşı mübarizəni gücləndirməli, bundan sonra fəallar dərhal cəmiyyətdən təcrid edilərək həbsə atılmalı və bundan sonra Rusiyanın bölgədəki müxtəlif agentura şəbəkəsinə qarşı mübarizəyə başlamalıdır. Artıq Avropa Birliyi və Amerika da bu proseslərdə yaxından iştirak etməkdədirlər. Söhbət Rusiyanın Avropadakı təsirinin zəiflətməsindən getdiyi kimi, Cənubi Qafqazdakı təsirinin də tamamilə zəiflədilməsi və bir sözlə, Rusiyanın öz qınına sıxılması prosesi gedir. Rusiyanın bölgədə böyük hərbi bazalar saxlayır. Bu bazaların ölkədən çıxarlmasına rəvac verilməlidir. Rusiya Gürcüstan kimi dövlətin xeyli ərazilərini işğal edib, Azərbaycanda hərbi qüvvələr saxlayır. Bir sözlə, necə ki, Avropa qitəsinin, Ukraynanın rus faşizmindən təmizlənməsinə ehtiyac var, eyni proseslər Cənubi Qafqazda da getməlidir və ruslar bu bölgədən birdəfəlik qovulub, çıxarılmalıdır. Zənnimcə, bu proses gedəcək və bölgə rahat nəfəs alacaq”. 

 

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button