“Nüvə zərbəsi Rusiyanın Ukraynada məğlubiyyətindən daha çox ehtimal ediləndir…”

“Putin xislətinə uyğun olaraq əllərini dinc qoymayacaq”

 

Rusiya dünyanı nüvə külünə çevirməyə hazırlaşır

 

Rusiya KİV- ləri nüvə müharibəsinin labüdlüyünü təbliğ edir

 

Rusiyanın müdafiə nazirliyi Avropaya zərbə endirilməsini sınaqdan keçirir

 

Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı müharibəyə müdaxilə edən ölkələrə “ildırımsürətli” zərbə endirəcəyi təhdidlərindən sonra Rusiyanın müdafiə nazirliyi taktiki nüvə silahından istifadə edilməsini məşq edib.

 

Moderator.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

 

“Baltika donanması qüvvələrinin (qoşunlarının) döyüş hazırlığının plan üzrə tədbirləri çərçivəsində Kalininqrad vilayətində “İsgəndər” operativ- taktiki raket komplekslərinin cəlb edilməsilə şərti raket zərbələrinin endirilməsi üzrə təlim keçirilib”, – idarənin məlumatında belə deyilir.

 

Həmçinin göstərilib ki, həm qanadlı raketlərlə, həm də nüvə başlığı daşıyan ballistik raketlərlə atəşləri icra edən bu komplekslər “raket komplekslərinin buraxılış qurğularını, müdafiə olunan obyekləri, hərbi texnikanın cəmləşməsini və şərti rəqibin komanda məntəqələrini imitasiya edən hədəflərə

“birdəfəlik və qrup halında elektron buraxılışı icra edib”.

 

Xatırladaq ki, aprelin 27- də Putin bəyan edib ki, Rusiya özü üçün strateji təhdidlərə “heç kimin lovğalana bilməyəcəyi vasitələrlə” cavab verəcək. Ertəsi gün Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin eyham vurub ki, bu hədəf Polşa ola bilər.

 

Bu bəyanatlara paralel olaraq Rusiya KİV- ləri nüvə müharibəsinin labüdlüyünü təbliğ etməyə başlayıb. 

 

Məsələn, Russia Today mediaholdinqinin baş redaktoru Marqarita Simonyan Vladimir Solovyovun şousunda bəyan edib ki, “nüvə zərbəsi” Rusiyanın Ukraynadakı məğlubiyyətindən daha çox ehtimal ediləndir və Putin özünün xislətinə uyğun olaraq “əllərini dinc qoymayacaq”.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button