“Paşinyan istəyir ki, Qarabağ məsələsindən canını qurtarsın…”

“Ermənistanda keçirilən mitinqləri Rusiyanın sifarişiylə müxalifət həyata keçirir. Rusiya istəyir ki, Ermənistan Türkiyə və Azərbaycanla barışmasın. Rusiya istəyir ki, ədavət qalsın, Qarabağ məsələsi həll olunmasın, rus sülhməramlıları Qarabağda qalsın, Azərbaycan və Ermənistan vaxtaşırı gəlib Moskvada Rusiya rəhbərliyinin əlini öpsün. Bu, Rusiyanın istəyidir”

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə Ermənistanda keçirilən mitinqlər haqda danışarkən deyib. Politoloq bildirib ki, Paşinyan isə Qarabağ məsələsini həll edib, ölkəsini günə çıxarmaq niyyətindədir:

 

“Paşinyan isə istəyir ki, Qarabağ məsələsindən canını qurtarsın. Ermənistanı bu günə kimi qarət edib, viran qoyublar. Burda da xalqın cəhalətindən və vəzifəsini itirmiş adamların tamahkarlığından istifadə edirlər. Bu mitinqlərdə əsasən vəzifəli adamlar, onların qulluqçuları iştirak edirlər. Mitinq iştirakçılarının ən çox sayı on iki min olub və indi isə beş min nəfərə düşüb. Çünki heç kim onlara qoşulmur, rəğbət bəsləmir. Serj Sarkisyan, Köçəryan və digərlərini də ermənilər söyürlər. Putinin bir əli Ukraynada, o biri əli isə Cənubi Qafqazdadır.

 

Onların heç bir gələcəyi yoxdur və bununla Paşinyanı devirə bilməyəcəklər. Paşinyan da gün gələcək sülh müqaviləsi imzalayacaq. İrəvanda Bakı və Ankaranın, Bakı və Ankarada da Ermənistan səfirliyi olacaq”. 

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button