“Hətta o səsini eşidirəm ki, deyir a, day birdəfəlik getmə, aya-günə dönmə…”

“Musa müəllimlə əyləşdiyimiz bağa yenə getmişdim. Novruz bayramında gedib Musa müəllimin bayramını təbrik etdim. Mən Musa müəllim haqqında dünyasını dəyişmiş adam kimi danışmıram. Hələ yadıma düşmür bir dəfə deyim ki, Allah rəhmət eləsin. Bu insan mənim üçün sağdırsa, necə Allah rəhmət eləsin deyim?”

 

Bunu Moderator.az-a açıqlamasında şair Baba Vəziroğlu Xalq şari Musa Yaqub haqqında xatirələrini bizimlə bölüşərkən deyib. O, Musa müəllimin məzarını tez-tez ziyarət etdiyini bildirib:  

 

“Mən həmişə gur məclislərdən qaçıram, özüm onu ziyarətə gedirəm. Məzarı başında oturub dərdləşirəm. Deyirəm salam ay Musa müəllim, eşq olsun, eşq olsun. Ayrılanda da deyirəm ki, ay Musa müəllim, hələlik. Hətta o səsini eşiridəm ki, deyir “aa, day birdəfəlik getmə, aya-günə dönmə”. Siz deyirsiniz Musa müəllimin vəfatından bir il ötür. Amma mənim üçün bu bir ildə heç bir şey dəyişməyib. Elə həmən canlı, diri Musa müəllimdir. Bir az yerini dəyişib, məndən uzaqlaşıb. Əvvəl kəndin yuxarısında yanımda olurdu, indi isə bir az kəndin aşağı başına düşüb. Bir az işimi asanlaşdırıb magistral yola yaxın gəlib. Ola bilsin kəndə girməmiş belə Musa müəllimlə görüşüb ordan da qayıdıram. Yəni evimə getmək üçün Musa müəllimə dəymirəm, Musa müəllimə dəyirəm və arada imkan olanda evimə də dəyirəm. İnşallah sabahda, bir gündə gedib Musa müəllimlə görüşəcəm”.

 

Qeyd edək ki, bu gün Xalq şairi Musa Yaqubun vəfatından bir il ötür. 

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button