“O nəğmələriylə insanların qəlbində vaxtında böyük bir heykəl qoyub…”

“Musa müəllim ürəyimin başındadır, o ölməyib, sağdır. Bu gün də onun məzarını ziyarət etdik. Hər yerdən onu sevən insanlar gəlmişdilər. Musa müəllimin büstünün açılışı oldu, çıxış etdik”

 

Bunu Moderator.az-a açıqlamasında qiraətçi Pünhan İsmayıllı Xalq şairi Musa Yaqub haqqında danışarkən deyib. P.İsmayıllı Musa Yaqubun təbiət şairi olduğunu bildirib:

 

“Musa Yaqub öz adını tarix lövhəsinə qızıl hərflərlə yazıb. Bu dünyaya gəlib, qələmiylə yeri-göyü silkələyib, nəğmələriylə insanların qəlbində vaxtında böyük bir heykəl qoyub və vaxtını itirməyib. Deyirdi ki, 

 

Dünyanın zəmisi heç imiş demə,

Dəryanın gəmisi köç imiş demə,

Heçimi, köçümü indi bilmişəm, 

İndi bilməyim də gec imiş demə. 

 

Bu şeiri 83 yaşında yazmışdı. Gec yazsa da, gec elədi, güc elədi. Yazdı, düzdü, qoşdu. O, yaradıcı insan idi, meşələr kitabxanası idi. Dağlar onun yazı masasıydı. Təbiətə bağlı bir insan idi. Musa Yaqub təbii bir insan idi”.

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button